Yuxarı

Nizami Gəncəvinin "barmağ"ını sındırdılar - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Dağıstanın Dərbənd şəhərindəki abidəsinə ziyan vurulub. Şəhər meriyası abidənin təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlərimizə cavab vermir.

Bunu Report-a Dərbənd şəhərindəki Azərbaycan diasporunun rəhbəri Telman Hacəliyev deyib.

Onun sözlərinə görə, naməlum şəxslər şairin heykəlinin baş barmağını sınıdırb və abidə ətrafındakı parkı pis vəziyyətə salıblar.

"Ağaclar kökü ilə qarışıq torpaqdan çıxarılıb, qazon tapdanıb. Müvafiq tədbirlərin görülməsi və vandalların nəhayət, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və meriyaya müraciət etmişik" - T.Hacəliyev bildirib.

Onun sözlərinə görə, bu, artıq ilk belə hadisə deyil.

"2015-ci ilin yanvar ayında abidəni yandırmışdılar. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun göstərişi ilə abidə bərpa edildi, onun ətrafında isə abadlıq işləri həyata keçirildi. Amma park ərazisində müşahidə kameraları quraşdırılmadı və buna görə də də belə əməli törədənlər məsuliyyətdən qaçmağı bacarır. Ümid edirəm ki, bu dəfə problemə daha ciddi yanaşacaqlar və cinayətkarlar yaxalanacaq", - diaspor rəhbəri vurğulayıb.

Tarix
2017.11.21 / 13:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla