Yuxarı

Millət vəkilinin ibrətamiz uşaqlıq xatirəsi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkarlar İttifaqında millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.

Kult.az xəbər verir ki, millət vəkili ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artmasının vacibliyini vurğulayıb. O bildirib ki, bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır:

“Mən iki müəllimin qızıyam. İbtidai sinifdə oxuyanda atam məni musiqi məktəbinə piano sinfinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi. Uzun illər keçməsinə baxmayaraq, atamla anamın qonşu otaqda söhbətlərini heç vaxt unutmadım. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır, əgər piano alsaq, evimizdə heç pul qalmayacaq, qarşıdan qış gəlir, isti geyimlər almaq lazımdır. Atam isə anama dedi ki, köhnə isti paltarlarımızı geyinərik, lazım olsa, yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirəyə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək.

O piano bu gün də evimin ən əziz əşyasıdır. Çünki onun mənəvi çəkisi maddi çəkisindən minlərlə dəfə daha ağırdır. İkinci unutmadığım xatirəm isə odur ki, o zaman piano sinifləri 7 illik idi və diplom almaq üçün 7 il oxumaq lazım idi. Yuxarı siniflərə gəldiyimdə hər gün məşğələlərə gedirdim. O zamanlar Tibb Universitetinə öz biliyinə daxil olmaq çox çətin idi. Eyni zamanda, musiqi dərslərinə də getməli idim. Bir gün atama dedim ki, əgər məsləhət olarsa, musiqi məktəbinə daha getməyim. Çünki mən musiqi təhsilinin davamı üçün Konservatoriyaya getməyəcəm və mənə 7 illik musiqi diplomu lazım deyil. Atamın o zaman mənə söylədiyi sözü hər zaman ailələrlə görüşdə söyləyirəm. Atam dedi ki, qızım, mən sizi musiqi məktəbinə musiqiçi olmağınız niyyəti ilə qoymamışam. O, Allahın bir vergisidir və əgər sizdə böyük musiqi istedadı olsa, onsuz da arxasınca gedəcəkdiniz. Amma mən sizi musiqi məktəbinə verəndə istədim ki, ən azı musiqinin nə olduğunu anlayasınız”.

Millət vəkili bildirib ki, musiqi məktəbləri artmalıdır:

“Bu, musiqi mədəniyyətimizin inkişafı, böyük istedadların daha çox ortaya çıxması və musiqi zövqümüzün korlanmaması üçün lazımdır”.

Millət vəkili, bu gün gənclərin musiqidən xəbəri olmayan bəzi müğənniləri dinləməsinin çox üzücü olduğunu qeyd edib:

“Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik və bu gələcəkdə də davam etməlidir. Ona görə də Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə önəmlidir və biz hər zaman sizin yanınızdayıq. Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır və bir az əvvəl mənə görülən işlərlə bağlı məlumat verəndə, İpək Yolu layihəsi barədə danışanda çox məmnun oldum. Bilin ki, millət vəkili, vətəndaş olaraq hər zaman yanınızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz”.

Tarix
2017.11.21 / 14:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla