Yuxarı

Fuad Poladov: Allahdan möhlət istəyirəm

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəliyimdən möhlət istəyirəm. Səhnədən artıq əlimi üzmüşəm. Ancaq ata olaraq arzularım var. Oğlumun toyunu görmək istəyirəm.

Kult.az xəbər verir ki, bu sözləri ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Fuad Poladov “Şərq” qəzetinə verdiyi müsahibəsində qeyd edib.

Sevilən aktyor bildirib ki, artıq xəstəliyini sevməyə başlayıb:

“Bilirəm, bu elə xəstəlikdi ki, məndən bir də əl çəkməz. Sadəcə bir az xərçəngdən möhlət istəyirəm. Həqiqətən möhlət istəyirəm ki, bəzi işləri başa çatdıra bilim. Düzdü, səhnədən artıq əlimi üzmüşəm. Artıq heç vaxt səhnədə olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda çatdırmaq istədiklərim var.

Duyğusal görünmək istəməmişəm heç vaxt. Amma deyəsən, bu xəstəlik məni bir az da duyğusal edə bildi. Ata olaraq arzularım var. İki övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm. 28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer etmək istəyirəm. Buna görə xəstəliyimdən möhlət istəyirəm.

Çox istərdim ki, oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidi. Bu məni sakit edə bilər. Bir ata kimi oğul toyunu görmək arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən də möhlət istəyirəm”.

Qeyd edək ki, xalq artisti Fuad Poladov onkoloji xəstəlikdən əziyyət çəkir. Aktyorun səs tellərində problem yaranıb, qırtlağında şiş olduğu bildirilir. Hazırda aktyor evdə müalicə alır.

Tarix
2017.11.22 / 15:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla