Yuxarı

Rasim Ocaqov siqaretdən buna görə istifadə edirdi - Şeyx

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün unudulmaz rejissor, xalq artisti Rasim Ocaqovun doğum günüdür. O, 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Ocaqov Azərbaycan kino tarixinə “Tütək səsi”, “Ad günü”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq”, “Təhminə”, “Otel otağı” kimi sevilən filmləri bəxş edib.

Sənətkarın dostu, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov onunla bağlı fikirlərini, təəssüratlarını Kult.az-la bölüşüb. Şeyx Əbdül Rasim Ocaqovu Azərbaycan xalqına başucalığı gətirən şəxsiyyət adlandırıb:

“Deyirlər ki, əvəzolunmaz insan yoxdur. İnanın ki, bu belə deyil. Bundan 100 il sonra da rejissorlar olacaq, kinolar çəkiləcək. Amma böyük mənada o dövrdə yetişən, formalaşan sənətkarlar əvəzolunmazdır. Nə yaxşı ki, Azərbaycan kino mədəniyyətində, kino tarixində, kino salnaməsində Rasim Ocaqov faktoru var və çox xoşbəxtəm ki, bu faktor mənim kinoda olan dövrümə düşüb. Mən o böyük ustadla yoldaşlıq, dostluq eləmişəm, çiyin-çiyinə yaradıcılıq işləri aparmışam, ondan öyrənmişik, məsləhətlər almışıq. Təəssüf ki, biz onun haqqında xatirə danışırıq. Çünki Rasim Ocaqov hələ bir xeyli yaşaya, Azərbaycan kinosuna böyük töhfələr verə bilərdi”.

Ocaqovun siqaretə bağlılığından ölməsi fikrinə aydınlıq gətirən Şeyx Əbdül mərhum rejissorun siqaretdən düşünmək üçün vasitə kimi istifadə etdiyini deyib:

“Bütün səmimiyyətimlə deyirəm ki, Ocaqovun siqaret çəkməsi də bir mədəniyyət idi. Hər zaman siqareti əlində olurdu. Biz həmişə deyərdik ki, ustad, bəsdir, bu siqareti kənara qoyun. O isə “mən siqareti çəkmirəm e, siqaret mənə görə düşünmək üçün bir predmetdir” deyərdi”.

Qeyd edək ki, Rasim Ocaqov 2006-cı ildə Bakıda vəfat edib.

Tarix
2017.11.22 / 17:33
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla