Yuxarı

Batumidə türklərin oteli yandı: 12 ölü, 21 yaralı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.11.24, 20:55

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində oreldə baş verən yanğın türk iş adamına məxsusdur.

Axar.az xəbər verir ki, türkiyə mediası Ərol Avgörənə aid “Leogrand” otelində yanğının qazanxanada meydana gəldiyi və nəticədə partlayış olduğunu qeyd edib.

Yanğın tez bir zamanda yuxarı mərtəbələrə yayılıb. Əraziyə cəlb olunmuş xilasetmə, yanğınsöndürmə briqadaları ilə yanaşı, otel personalının da yardımı ilə müştərilər təxliyə edilib.

Türkiyə mediası hadisə nəticəsində aralarında Türkiyə vətəndaşlarının da olduğu 12 nəfərin dünyasını dəyişdiyini, çox sayda insanın isə müxtəlif dərəcəli xəsarət aldığını qeyd edib.

Gürcüstan DİN-I də 12 nəfərin öldüyü barədə rəsmi açıqlama yayıb. Ancaq “İnterfaks”ın məlumatında isə bildirilir ki, yanğında 10 Gürcüstan vətəndaşı, 1 İran vətəndaşı olmaqla, 11 nəfər ölüb, 21 nəfər yaralanıb. 3 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 18 nəfər isə xəstəxanalara yerləşdirilib. Yaralılardan 5-i Türkiyə, 1-i İsrail, 12-si isə Gürcüstan vətəndaşıdır.

Qeyd edək ki, 2015-ci ilin iyulunda açılan otelin türk iş adamına məxsus olduğu üçün bura daha çox türk turistlərin gəldiyi bildirilib.

Tarix
2017.11.25 / 09:55
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla