Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Uzun Həsənin krala məktubu nümayiş olundu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun əməkdaşları – elmi katib İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 545 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixi 1472-ci ilə gedib çıxır:

“1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən Polşaya diplomatik missiya göndərib və azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar”.

Tədbirdə Uzun Həsənin IV Kazimirə göndərdiyi məktublar nümayiş etdirilib. Səfir Həsən Həsənov qeyd edib ki, bu məktublar Krakov şəhərində yerləşən Əlyazmalar Fondunda saxlanılır.

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Torundakı liseydə Uzun Həsən və IV Kazimirə həsr olunmuş xatirə lövhəsinin açılışı olub. Bundan başqa, tarixçi-alimlərimiz Varşavada Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç (1865-1920) və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın (1897-1971) xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Akademik Y.Mahmudov Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin “Türkologiya və Orta Asiya xalqları” şöbəsindəki görüşdə “Azərbaycan tarix elmi bu gün” mövzusunda geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın tarixi keçmişi, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları, müasir Ermənistan Respublikasının ərazisinin Azərbaycan torpağı olması və digər məsələlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, AMEA-nın Tarix İnstitutu ilə PEA-nın Tarix İnstitutu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan və Polşa respublikalarının 100 illiyinə həsr olunmuş elmi konfranslar keçiriləcək və əməkdaşlıq müqaviləsi imzalanacaq.

Tarix
2017.12.05 / 10:39
Müəllif
Nərmin Əkbərli
Şərhlər
loading...
Digər xəbərlər

Yeməyə möhtacam, kömək edin... – Xalq artistinin oğlu

6 yaşlı uşaq Yutubdan milyonlar qazandı

Bakıda məhbus dünyasını dəyişdi - Ölüm səbəbi...

Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildi

ADU tələbələri maaş alacaqlar - Foto

İçinizdə yatan əxlaqsız bir gün oyansa...

AMEA-nın iki institutuna direktor seçildi

Xalq Cümhuriyyəti dövrünə aid fotolar tapıldı

Hakim Fədayə Laçınla bağlı qərar verdi

Bakının mərkəzində maşın od tutub yandı - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla