Yuxarı

Ermənilər onun ölüm hökmünü vermişdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təzəpir məscidində mərhum jurnalist Tatyana Çaladzenin üç mərasimi keçirilir.

Kult.az xəbər verir ki, mərasimdə tanınmış media və ictimaiyyət nümayəndələri iştirak edir. Mərasimə qatılanlar mərhumənin Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gördüyü işləri yüksək qiymətləndirib və xatirəsini yad ediblər.

Mərasimdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Tatyana Çaladzenin Latviyada anadan olmasına baxmayaraq o bütün həyatını, Azərbaycana bağladığını deyib.

“Onu Azərbaycana gətirən Qarabağda atılan mərmilərin səsi idi. O Qarabağ münaqişələrini, ermənilərin haqsız torpaq iddialarını dünayaya çatdırmağa gəlmişdi. Onun istər Xocalı hadisələrini faktlar əsasında işıqlandırması, istərsə də Dağlıq Qarabağda əsgərlərin torpaqlarımızın azadlığı uğrunda şərəfli ölümlərini əks etdirən araşdırma yazıları onu bizim yaddaşımızda əbədiləşdirəcək. İlk reportajı məhz cəbhə bölgəsindən oldu. Azərbaycanlı olmasa da o bu haqsızlığa göz yummadı və sona qədər bu həqiqətləri işıqlandırmağa davam etdi. Onun itkisi Azərbaycan mətbuatına ağır zərbədir. Tatyana Çaladze istər jurnalist olaraq, istərsə də insan olaraq çox gözəl və vətənpərvər insan olub desək yerinə düşər. O azerbaycanı öz vətəni kimi sahiblənən jurnalist olub. Allah rəhmət eləsin", - Amaşov bildirib.

Jurnalistlərin Həmkarları İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də çıxışında Tatyana Çaladzenin peşəkar jurnalist olmaqla yanaşı, həm də çox vicdanlı insan olduğunu deyib:

“Məhz bunun nəticəsidir ki, T.Çaladze Latviya vətəndaşı ola-ola Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına bütün həyatını həsr etmişdi. Tatyana Çaladzenin Azərbaycana gəlişi 1990-cı illərin əvvəllərinə təsadüf edir. O illərdə Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. İndiki kimi internet resursları yox idi, informasiyanı tez bir zamanda dünyaya çatdırmaq mümkün deyildi. Azad televiziya, mətbuat orqanları yox idi. Hər şey Moskva tərəfindən idarə edilirdi. Sovet qurumları isə ermənipərəst olduqları üçün Azərbaycan əleyhinə fəaliyyət göstərməyə meyilli idilər”.

M.Ələsgərli qeyd edib ki, belə bir dövrdə T.Çaladze informasiya blokadasını yarıb və Azərbaycanın haqq səsini dünyaya çatdırıb:

“O, qəzet yazılarında, çap etdirdiyi kitablarında Qarabağ həqiqətlərini, Xocalı hadisələrini işıqlandırdı. Allah ona rəhmət eləsin”.

Mərhum jurnalistin ailə üzvlərindən biri onun uzun illər bədənindəki qəlpə ilə yaşadığını deyib:

“Əməliyyat qərarını isə son anda qəbul etdi. Riskli olduğu üçün o bu əməliyyatı uzun illər düşünürdü. Qızına görə çox narahat idi. Əməliyyatla bağlı tərəddüdləri olsa da, nəhayət buna razılıq verdi. Əməliyyatdan çıxanda həkimlər hər şeyin normal olduğunu desələr də, bir anda vəziyyəti pisləşdi. Ermənilər Tatyananın öldürülməsi üçün hökm vermişdilər. Elə arzularına da çatdılar. Həmin erməni qəlpəsi onu axırına çıxdı”.

Qeyd edək ki, Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladzenin Azərbaycan, xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin çatdırılmasında xidmətləri böyükdür. O, 1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb. T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış “Karabaxskaya oteçestvennaya: Oni umirali çestno” kitabı bu baxımdan xüsusi qiymətləndirilir.

Tarix
2017.12.05 / 14:22
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla