Yuxarı

Uşağın intihar məktubunu özü yazmayıb? – Təhlil

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Ləki qəsəbə sakini 12 yaşlı İsmayıl Adıgözəlovun intihar xəbəri hər kəsi məyus etdi. Məktub yazaraq evlərinin həyətindəki tövlədə özünü asan uşağın bunu hansı səbəbdən etməsi araşdırılarkən, başqa bir məqam da ortaya çıxıb. Belə ki, 12 yaşlı məktəblinin intiharında ən çox müzakirə edilən onun ölümündən öncə ailəsinə yazdığı məktubdur.

Kult.az xəbər verir ki, məktəblinin məktubu sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. 2005-ci il təvəllüdlü İ.Adıgözəlov məktubunda ailəsinə müraciətlə başlayaraq bildirib ki, siz bu məktubu oxuyarkən mən sevimli peyğəmbərimizin yanında olacağam.

Məktubda diqqət çəkən məqam isə cümlələrin olduqca səliqəli və düzgün yazılması olub. Məktubdakı bəzi hərf səhvlərini çıxmaqla, əlavə heç bir yanlışlıq yoxdur. Cümlələr tamdır və fikir bitmiş formadadır. Bircə məktubun sonunda “Tovlaya bax” sözləri diqqət çəkir.

Məktubu müzakirəyə çıxaranlar son sözün 12 yaşlı uşağın xəttinə daha çox oxşadığını bildirib. Həmçinin son sözün yazılışı ilə ümumi məktubun yazılışı arasında fərq olduğunu, xəttin bənzəməyinə baxmayaraq, eyni olmadığını iddia ediblər.

Həmçinin, 12 yaşlı məktəblinin məktubunda bacısına xoşbəxtlik arzulaması, qarşıda gözlənilən toyu onun ölümünə görə təxirə salınmaması ilə bağlı dedikləri də diqqət çəkir. Məktubu sosial şəbəkədə müzakirəyə çıxaran istifadəçilər bildirib ki, “təxirə salmayın” sözü 12 yaşlı məktəblinin yazacağı söz deyil. Məktubun sonunda “Tovlaya bax” sözlərini yazan adamla “toyu təxirə salmayın” sözünü yazan insan eyni adam ola bilməz.

Məktubu müzakirə edənlər bildirir ki, belə intihar məktubu olmur.

Bir qism isə o fikirdədir ki, məktəbli məktub mətnini əvvəlcədən hazır edib, sonuncu “Tovlaya bax” sözünü isə intihar etməzdən öncə tələsik qeyd edib. Bu səbəbdən də yazılış forması fərqli olub.

Digər məqam isə yazıdakı eyni hərflərin məktub boyu fərqli formalarda yazılmasıdır. İstifadəçilər bildirib ki, mətndə "Tovlaya bax" sözünün yazılış tərzində fərq var. Xüsusilə “x”, “b” və “l” hərfləri mətndəki eyni hərflərlə eyni cür yazılmayıb.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı məktəbli intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubda peyğəmbərin yanına getmək üçün intihar etdiyini qeyd edib. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix
2017.12.05 / 16:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla