Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2018


Fəxriyyə Xələfovanın işləri ilk dəfə Ermitajda - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda Dövlət Ermitajının direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Piotrovski ilə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfova arasında saziş imzalanıb.

Kult.az xəbər verir ki, saziş çərçivəsində dizayner Fəxriyyə Xələfovanın kolleksiyalarından üç paltar dekabrın 8-də Dövlət Ermitajında açılacaq “Kostyumun tarixi” sərgisində təqdim ediləcək və sonra muzeyin fondunda yer alacaq. İki paltar dizaynerin “Şərqin cazibəsi” kolleksiyasındandır. Unikal milli ornamentlərimizlə bəzədilmiş bu paltarlar 2014-cü ilin dekabrında Parisdə «Oriental Fashion Show» Şərq geyimi festivalında nümayiş etdirilib. Modelyerin toy kolleksiyasından olan daha bir paltar XIX əsrin rokoko üslubunda yaradılıb.

Fəxriyyə Xələfova deyib: ”Bu cür müvəffəqiyyət qazanmaq üçün böyük iş görülüb. Paltarlar muzeyin ekspert komissiyası tərəfindən səylə seçilib. Dövlət Ermitajı Rusiyanın və dünyanın ən iri və ən sanballı bədii və mədəni-tarixi muzeylərindən biridir. Mənim üçün böyük şərəfdir ki, işlərim bu muzeydə nümayiş etdiriləcək və sonra da onun fonduna daxil olacaq. Muzeyə axışan insanlara Azərbaycan geyiminin, milli kostyumlarımızın səciyyəvi elementlərinin nümayiş etdirilməsi, şübhəsiz ki, irsimizin və incəsənətimizin təbliğinə xidmət edəcək”.

Qeyd edək ki, dekabrın 5-dən “Ermitaj” otelində Fəxriyyə Xələfovanın kolleksiyalarından libasların nümayişinə başlanıb və bu da moda həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Moda nümayişi dekabrın 9-dək davam edəcək.

Tarix
2017.12.06 / 20:18
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ukraynadakı səfirliyimizdə yeyinti ilə bağlı – Şok qərar

Efirdəki dil rüsvayçılığı kimin günahıdır? - Sorğu

Tanınmış jurnalistə vəzifə verildi

Bu pula kinonu inkişaf etdirmək olmaz – Millət vəkili

Azərbaycanlının yaratdığı kosmik dövlət pullu oldu

Ekspert akademiki dəstəklədi: Jurnalistlər imtahan versin…

Milyonçu nəvəsi, SSRİ-nin məxfi generalı, sirli Kərimov - Foto

Azərbaycanda yol qəzaları: 527 ölü, 1244 yaralı

Kəmaləddin Heydərov yanğın olan stansiyada - Foto

Sərhəddə əməliyyat: 11536 fişəng ələ keçirildi - Video

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla