Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


“Azərbaycan multikulturalizmi bütün dünyaya örnəkdir”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində 5 dekabr 2017-ci ildə Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Kult.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sözügedən Kilsə ilə birgə keçirdiyi tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol (Matt Ball) və Ziyarətçilər Mərkəzinin rəhbəri Lif Erikson (Lief Erickson) qonaqları salamlayaraq, bu cür mühüm tədbirə evsahibliyi etdiklərindən məmnun olduqlarını bildiriblər. Son illərdə Los Ancelesdə keçirilən tədbirlər vasitəsilə Azərbaycan multikulturalizmi ilə yaxından tanış olduqlarını bildirən natiqlər, dünyada mədəniyyətlərarası dialoqa və tolerantlığa böyük ehtiyacın olduğu bir dövrdə Azərbaycan nümunəsinin yüksək önəm daşıdığını qeyd ediblər.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıb. Diplomat Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb. Baş konsul, Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılaraq, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasına xüsusi diqqət yetirdiyini qeyd edib. N.Ağayev bildirib ki, Azərbaycan “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün Bakının namizədliyini irəli sürüb və bu yaxınlarda Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Parisdə müvafiq təqdimat uğurla keçirilib. Baş konsul öz unikal multikulturalizmi ilə seçilən Azərbaycanın müxtəlifliyin və mədəniyyətlərarası əməkdaşlığın sərgilənməsi üçün bir platforma olan “Expo 2025” üçün ən uyğun məkan olduğunu bildirib.

Daha sonra Los Anceles Dinlərarası Şurasının həmsədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez (Juan Carlos Mendez), Kaliforniya Zərdüştlük Assosiasiyasının din xadimi, Şimali Amerika Zərdüştlük Assosiasiyaları Federasiyasının üzvü Mobed Zarrir Bhandara, Los Anceles Bəhailərinin Dini Assambleyasının katibi, Kaliforniya Regional Bəhai Şurasının üzvü Randolf Dobs (Randolph Dobbs) və Los Ancelesdə fəaliyyət göstərən tanınmış Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper öz çıxışlarında hazırda dünyanın bir çox yerlərində milli və dini ayrıseçkiliyin, həmçinin irqçiliyin yayıldığı bir dövrdə Azərbaycanın öz multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıblar.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan etnik qrupların həyatından bəhs edən “Bir Günəş Altında” sənədli filmi nümayiş etdirilib. Bu, 2016-cı ildə çəkilmiş filmin ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Nümayişdən sonra amerikalı pianoçunun ifasında Azərbaycan klassik musiqisinin nümunələri tamaşaçılara təqdim olunub.

Tarix
2017.12.08 / 10:30
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Murad Dadaşov Yakuboviçə sürpriz etdi - Video

Məşhurlarımızın bədbəxt övladları - Siyahı

Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı – Video

Çingiz xanı təhqir etdi, bir illik həbs cəzası aldı

Öz yubileyinə daş salan “ən pis azərbaycanlı”

“Raka-çıka” Alimdən daha çox sevilirsə... - Kənan MM

Rəhman Rəhmanovun oğlu azadlığa çıxdı

Güllə yarası aldı, sonra suya yıxılıb boğuldu

“Bu müqavilə Azərbaycana sarsıdıcı zərbə vurdu”

Bakıda qəribə olay: Sərnişinlər ayaqüstə, it oturacaqda… - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla