Yuxarı

AMEA-nın iki institutuna direktor seçildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

AMEA-nın Mətbuat xidmətindən Kult.az-a averilən məlumata görə, tədbirdə Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Bölmə və büro üzvləri, BTEB-nin elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov yığıncağı giriş sözü ilə açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

İclasda Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının rəhbəri Qərib Mürşüdov "Struktur biologiyası: uğurlar və gələcək perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.

Yığıncaqda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamla bağlı müzakirə aparılıb. Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək Sərəncamdan irəli gələn məsələlər haqqında geniş məlumat verib. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinin keçirilməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb, həmçinin bir sıra kadr məsələlərinə baxılıb.

Sonra iclasda gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib, akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib, seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Tarix
2017.12.13 / 15:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla