Yuxarı

İçinizdə yatan əxlaqsız bir gün oyansa...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamı bədənində hələ vətəndaşlıq qazanmamış ikinci “üz” daşıyır.

Bəzən qulağımıza pıçıldayar o. Adına şeytan da deyərlər, ürək səsi də.

Yaradılışdan mövcud “əkiz”.

O, bir gün vətəndaşlıq qazanır, görünən tərəfimizə sahiblənir, ya da əksinə, eləcə ölü kimi qalır.

Dərindədir, lap dərində. Hərdən-hərdən boylanar. Olur ki, illərlə ayılmaz. Bir qığılcım, bir işartı oyadar onu.

Görünənlər aydın. Ləyaqətli, şərəfli insan kimi tanıdığımız adamların içində şərəfsiz, xaraktersiz ikinci üz də var. Ömrün bir döngəsində çıxar üzə. Gözlənilmədən, birdəncə peyda olar.

Məsələn, hər kəsin içində bir fahişə var. Bir də görərsən, yataqda boylanır sənə, bir də görərsən, hansısa yazıdan, ya bir misradan.

Bütün kişilərin içində bir homoseksual yuxulayır. Oyana da bilər, ömrün axırınacan mürgüləyə də.

İkinciliyimizi qazandıqlarımız psixoloji yaşantılarımızla ört-basdır edə, gizləyə, eyni zamanda, yaşadıqlarımız psixoloji prosesi oyada, bədənimizdə vətəndaşlıq verə bilər.

Tibbdə “Sraniophagus Parasiticus” patalogiyası var: bioloji, hormonal pozuntu nəticəsində siam əkizləri bətndəcə birləşir.

Edvard Mordeyk - XIX əsr. Qabaqdan baxanda gülərüz, nurlu, qulağı, burnu yerində normal insan. Arxada – peysərində ikinci üzü vardı. Peysərindəki ikinci üzdən zalımlıq tökülərmiş. İkinci üzü anasının bətnində birləşmişdi ona. Hər şey normal getsəydi, əkiz doğulacaqdı. Edvardın bu tərəfi hamıya nifrətlə baxırdı. Danışmırdı və davamlı susurdu.

İkinci üzün gözləri ətrafdakıları daima diqqətlə izləyirdi, bəzən müəyyən emosiyalar da göstərirdi: gülümsəyirdi, ya da qaşqabağını sallayırdı. Amma həmişə Edvardın emosiyalarına əks-reaksiyalar verirdi. O güləndə, bu ağlayırdı. O kədərlənəndə, bu, gülürdü.

Edvard dəfələrlə həkimlərə müraciət edib. Amma həkimlər bildiriblər ki, ikinci üzü əməliyyat etmək ölümlə nəticələnə bilər. Davamlı həkim nəzarətinə baxmayaraq, Edvard 23 yaşında özünə qəsd edib.

Fikir verin, Edvardın ikinci üzü nəinki pıçıldayırdı, hətta hamı görürdü onu.

Heç kim mübarək deyil, hamının içində bir əxlaqsız, bir zalım yatır.

Ya onu öldürmək, ya barmaq ucunda – səssizcə keçmək gərək ömrün yolunu. Ki, səsə oyanıb sahiblənməsin bizə.

Tanıdığınız bütün adamlar qazanılmış ikincilərdir.

Analarımız, atalarımız, qardaşlarımız... – hamının içində görünməyən üzü var.

İnsan doğulmur, insan formalaşır...

Tarix
2017.12.13 / 15:26
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla