Yuxarı

“Bu müqavilə Azərbaycana sarsıdıcı zərbə vurdu”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib. Konfransda ölkəmizin, eləcə də Fransa, Rusiya, Moldova və Gürcüstanın nüfuzlu tarixçi alimləri iştirak ediblər.

Kult.az xəbər verir ki, tədbirin moderatoru, "İctimaiyyətlə əlaqələrin inkişafına yardım” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova Türkmənçay müqaviləsinin Azərbaycan xalqının həyatına təsiri haqqında danışıb.

“Bu müqavilədən zərər görən, ən çox mənfi təsirə məruz qalan Azərbaycan xalqıdır. Bu sənədin imzalanmasıyla biz böyük ölçüdə torpaq itirsək də, bu gün haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yetərli qədər dəlil və sübutumuz, tarixi faktımız var”, - Ş.Həsənova deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov nüfuzlu tarixçi alimlərin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi konfransın tarixi həqiqətlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasına kömək edəcəyini bildirib.

Konfrans çərçivəsində “Türkmənçay Sülh Müqaviləsi Qafqazda erməni etnosu tarixinin başlanğıc nöqtəsi kimi”, “Türkmənçay-190: böyük qüvvələrin siyasi və iqtisadi strategiyası” və “Türkmənçay Sülh Müqaviləsi – Qafqazda albanların deetnikləşməsini şərtləndirən amil” adlı üç panel keçirilib.

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev “Türkmənçay sülh müqaviləsinin siyasi və hüquqi mahiyyəti və nəticələri”, tarix üzrə fəlsəfə doktoru, Sosial və İdarəetmə Konsaltinqi üzrə Ali Məktəbin elmi işlər üzrə prorektoru, Rusiyalı alim Oleq Kuznetsov “1828-ci ildə Türkmənçay müqaviləsinin müddəalarına uyğun olaraq, Rusiya İmperatorluğu Administrasiyasının Qafqazda immiqrasiya siyasətinin əsas prinsipləri”, Gürcüstanın Terrorizm və Siyasi Şiddətlə Mübarizə Mərkəzinin direktoru, əməkdar jurnalist Badri Naçkebiya “Türkmənçay sülh müqaviləsi ərəfəsində erməni-gürcü münasibətlərinin problemləri”, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev "Erməni oblastı" (1828-1840): uğursuz layihənin tarixi”, tarix elmləri doktoru, Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko “Ermənilərin Cənubi Qafqaza köçürülməsi bölgənin sonrakı qeyri-sabitləşməsinin səbəbi kimi”, Fransanın Sorbonna Universitetinin professoru Ziya Sədr əl-Əşrəfi “Beynəlxalq qüvvələrin mövqeyi və Türkmənçay sülh müqaviləsinin təsiri”, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Nigar Gözəlova “Türkmənçay müqaviləsinin bağlanmasına İngilis-İran münasibətlərinin təsiri”, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev “1826-1828-ci illərin Rus-İran müharibəsi. və böyük dövlətlərin diplomatiyası”, tarixçi, erevangala500.com tarixi-analitik portalının əməkdaşı Zaur Mehdiyev “Türkmənçay müqaviləsinin bağlanması prosesində erməni-rus ziddiyyətləri”, Azərbaycan Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili “Türkmənçay sülh müqaviləsindən əvvəl və sonra bəzi alban abidələrinin tikinti və bağlama materiallarının mineraloji və geokimyəvi tərkibi haqqında”, dosent, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova “Ermənilərin özünküləşdirdiyi Alban kilsələri Qafqaz Arxeoqrafik Komissiyasının aktlarında” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans tarixçi alimlərin və QHT nümayəndələrinin mövzu ilə bağlı çıxışları ilə davam etdirilib.

Tarix
2017.12.14 / 22:20
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla