Yuxarı

Damarını doğrayan direktorla bağlı - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:14

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Bilalov Akif Qəribovun səhhəti ilə bağlı məlumat verib.

Baş həkim Publika.az-a verdiyi məlumatda bildirib ki, hazırda onun vəziyyəti stabildir.

“Bu gün özüm yanında oldum, səhər yemək yeyib, ümumi vəziyyəti normaldır. Özü və yoldaşı ilə söhbət etmişik. Bu hadisəni törətməsinin səbəbi maddi problemlə bağlıdır. Ümumi sıxıntıları olub, kreditlə maşın alıb, sonra borcunu ödəməkdə çətinlik çəkib. Bu cür sıxıntılar üst-üstə toplanıb və belə addım atıb. Yoldaşı bir müddət əvvəl onun psixoloq yanına getməsini məsləhət görüb, lakin Akif Qəribov buna etinasız yanaşıb. Hələ ki, fiziki sağlamlığı üçün yardım göstəririk, biz də psixoloji yardım təklif edəcəyik”.

Baş həkim bildirib ki, A.Qəribovun vəziyyəti normal olsa da, azı bir gün xəstəxanada qalmalıdır.

Tarix
2017.12.22 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla