Yuxarı

Sabir Rüstəmxanlı: Prezidentin bu sərəncamı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dil Qurumunun ofisində qurumun İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Kult.az xəbər verir ki, Dil Qurumunun rəhbəri, xalq şairi Sabir Rüstəmxanlının sədrliyi ilə keçirilən toplantıda millət vəkili Tahir Kərimli, tanınmış telejurnalist Qulu Məhərrəmli, yazar Rasim Qaraca və ADQ-nin üzvləri iştirak ediblər.

S.Rüstəmxanlı Dil Qurumunun ötən müddət ərzində gördüyü işlər, qarşıda duran məqsəd və vəzifələri haqqında danışıb, növbəti il üçün tədbirlər planını müzakirəyə təqdim edib. Toplantıda Qulu Məhərrəmli, Tahir Kərimli, Rasim Qaraca da çıxış edərək, Azərbaycan dilinin problemləri, mövcud vəziyyəti haqda müzakirələr aparıblar, təkliflərini veriblər.

İştirakçılar Prezident İlham Əliyevin Dövlət Dil Komissiyasına rəhbərliyi baş nazirdən alaraq, öz nəzarətinə götürməsi ilə bağlı sərəncamının Azərbaycan dilinin inkişafında yeni mərhələ olduğunu bildiriblər. Onlar məhz prezidentin Dil Komissiyasına sədrliyindən sonra dildəki bir çox problemin aradan qaldırılacağına əminliklərini vurğulayıblar.

Toplantıda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə, həmçinin Türk Dil Qurumu ilə ADQ-nin əməkdaşlığının gücləndirilməsi qərara alınıb.

Dil Qurumunun rəhbəri, xalq şairi Sabir Rüstəmxanlı təkliflərin ümumiləşdirilməsi və 2018-ci il fəaliyyət planında əksini tapması üçün İşçi Qrupuna tapşırıq verib.

Qeyd edək ki, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvüdür.

Tarix
2017.12.22 / 17:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla