Yuxarı

Nizami Cəfərov narazılıq etdi: Çoxlu qüsurlar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub.

Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru Nizami Cəfərov Report-a açıqlamasında deyib ki, hazırda akademik nəşr sayılan “Orfoqrafiya” lüğətində çoxlu qüsurlar var: “Dilçilik ictimaiyyətində də bu lüğətlə bağlı xeyli mübahisələr var. Həm orda olan orfoqrafiya qaydaları yaxşı deyil, həm də olan qaydalara da düzgün əməl olunmayıb. O lüğətdən düzgün yazılış qaydaları baxımından istifadə etmək olmur”.

N.Cəfərovun sözlərinə görə, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” əvvəlki lüğətdən həm elmi əsaslığına, həm söz anlayışına görə çox təkmildir: “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu gün bizim ən mükəmməl lüğətimizdir. Bu lüğət bundan sonra yaranacaq orfoqrafiya lüğətləri üçün çox mühüm mənbə olacaq, yeni orfoqrafiya qaydalarının hazırlanmasına da kömək edəcək. Bu lüğət həm cəmiyyətimizə, həm də mütəxəssislərə göstərir ki, lüğət necə olmalıdır. “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” mükəmməl elmi əsaslarla yaradılıb”.

O qeyd edib ki, dövlət lüğəti yox, qaydaları təsdiq edir: “Orfoqrafiya” lüğət dövlət tərəfindən təsdiq olunmur. Orfoqrafiya qaydaları lüğət tərəfindən təsdiq olunur. Həmin qaydalara riayət edərək lüğət tərtib etmək olar. Lüğəti hər kəs qaydalar əsasında nəşr edə bilər.”

Dövlət Dil Komissiyasının üzvünün sözlərinə görə, hazırda “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” yeganə istinad olunacaq lüğətdir: “Bu lüğət varsa AMEA-nın hazırladığı lüğət nüfuzunu itirib. Amma AMEA tərəfindən yeni lüğət hazırlanarsa, bu lüğətin prinsipləri orda gözlənilərsə, orfoqrafiya qaydalarımız bir az da mükəmməlləşdirilib, ona əməl olunarsa, bu, başqa məsələ”.

Dövlət Dil Komissiyasının digər üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açıqlamasında “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilə tanış olmadığını deyib. O bildirib ki, orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir: “Hazırda akademik nəşr Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı “Orfoqrafiya” lüğətidir. Mənbə kimi ona əsaslanmaq lazımdır.

Direktor qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademisyası 64 maddədən ibarət orfoqrafiya lüğətini hazırlayıb: “Qaydalar ictimai müzakirəyə çıxarılacaq”.

Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov açıqlamasında deyib ki, hər bir lüğətin öz vəzifəsi, funksiyası var: “Afaq Məsud indiyə kimi lüğət hazırlamayıb. AMEA-nın lüğətini qabaqlarına qoyub, onları saf-çürük edib yazıblar. Bu lüğət yazmaq deyil. Bu kompilyasiyadır (tədqiqat aparmadan hazırlanan iş, başqalarının əsərlərindən quraşdırma - “Report”). Belə lüğət hazırlanmır, lüğəti özün hazırlamalısan, sözlük tutasan və s. Yoxsa başqasının yazdığını qoy qabağına lüğət hazırlayım, bu tədqiqat aparmadan hazırlanan işdir”.

Tarix
2018.01.08 / 12:41
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla