Yuxarı

9 alpinistin ölüm dəhşəti: sirr hələ də açılmayıb

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Bakupost-a istinadən Ural dağlarında 9 alpinistin müəmmalı ölümü və bu sirrin 1959-cu ildən açıqlanmaması barədə yazını təqdim edir:

Ural dağlarında yerli əhali mansilərin dilində Ölüm dağı mənası verən dağa çıxan 9 alpinistin müəmmalı ölümünün sirri 1959-cu ildən bu günə kimi hələ də açılmayıb. Hadisə yeri və meyitlərin üzərində aparılan araşdırmalar ağlasığmayan iddiaların ortaya atılmasına səbəb olub: hələ o illərdən yayılan fikirlərə görə alpinistləri yadplanetlilər öldürüb. İddiaları Dyatlovun həmin ərəfədə çəkdiyi fotolarda qəribə parlaq işartıların olması daha da gücləndirib. Hadisə yerində tapılan metal parçalar isə indiyə kimi yerdə mövcud olmayan bir əşya idi.

1959-cu iin 2 fevralında baş vermiş hadisə alpinizm tarixində ən sirli və mistik hadisədir.

Ural Politexnik İnstitutunun 10 tələbəsi başda İqor Alekseyeviç Dyatlov olmaqla 2 həftəlik Ural dağlarına ekspedisiya üçün yola çıxır. Qrupda 2 qız var idi: Zinaida və Lyudmila. İqor Dyatlov özü təcrübəli dağçı idi. Qrupun bir üzvü Yuriy Yudin yolda xəstələnir və geri qaytarılır.

27 mart Dyatlov və qrupunun son göründüyü tarix olur. Onlara aid fotokamera və dəfltərlər daha sonra düşərgədə tapılır. Qrupun son düşərgəsi isə olduqca açıq və müdafiəsiz ərazidə qurulmuşdu. Bu isə qrupun ən böyük səhvlərindən biri idi, çünki belə ərazidə çadır qurmaq olmazdı.

Plana görə 12 fevralda geri dönüb, idman klubuna teleqraf göndərilməliydi. Lakin Datlov gecikə biləcəyini dediyindən, qrupun vaxtında qayıtmaması heç kimi təəccübləndirmədi.

Uşaqlardan xəbər almayan polis və könüllülər axtarışa başlayır. 26 fevralda düşərgədə parçalanaraq dağılmış çadır tapırlar. Çadırı ilk tapan Mixail Saravin qeydində yazırdı ki, çadır parçalanmış, qarla örtülmüş, qrupun əşyaları və ayaqqabıları içində idi. Mütəxəssislər sonradan araşdırma nəticəsində müəyyən etdilər ki, alpinstlər çadırın içərisindən tələsik cırılaraq çölə çıxıblar. Dağçılara aid geyim və ayaqqabı əşyalarının yarıdan çoxu da çadırda qalıb. Mənfi 30 dərəcə şaxtada qoruyucu geyimlər olmadan həyatda qalmaqları mümkün deyildi. Daha sonra meşəyə doğru iki adam ayaq izləri tapılır. 500 metrdən sonra bu izlər qəfil yoxa çıxır.

Tapılan ilk meyitlər

Meşənin başlanğıcında ağacın altında yanaraq, kül olmuş odunların araslnda iki gəncin meyiti tapılır. Onların əynində corab və alt paltarı var idi. Bu uşaqların ağaca harasa uzağa baxmaq üçün çıxdıqları təsbit olundu. Xilasedicilər daha sonra çadıra doğru ərzidə biri qadın olmaqla daha 3 nəfərin cəsədini görür. Digər 4 nəfərin tapılması isə 2 aydan çox vaxt alır. Bu 4 nəfər digərlərindən daha qalın geyinmişdi. Maraqlısı odur ki, qadın kişi kürkü və papağı, kişi isə qadının yun şalvarını geyinmişdi. Bu isə onların böyük panika içərisində əllərinə keçəni geyindiklərini göstərirdi.

Ölənlərdən birinin - Slobodinin başında bir zərbə və qırıq izi tapılır. Araşdırmaçılar bu qırığın onu bayıltdığını, daha sonra donaraq öldüyünü iddia etmişdi.

Digər 4 meyitdə şiddətli zədə travma izləri də var idi.

Birinin kəllə sümüyü qırılmış, digərinin qabırğa sümükləri sınmışdı. Dubininanın dili və gözləri yox idi. 4 meyitin üzərindəki geyimlərdə normaldan həddən artıq çox yüksək radiasiya qalıqları aşkarlandı. Qəribəsi o idi ki, bu cəsətlərin sümük qırılması və yaraları üzdən, kənardan bilinmirdi. Çünki bədən ətrafında və yerdə ət və dəri izlərinə rast gəlinməmişdi. Ətrafda qan izi belə yox idi.

Bu faciəyə ilginc don geyindirən faktlar və ya iddialar:

-Könüllü qrupunda olan 12 yaşlı bir oğlan cəsədlərin üzərində qəhvəyi rəngdə bronzlaşmış ləkələr gördüyünü iddia edib.

-Bu qrupdan 50 km uzaqda düşərgə salan başqa qrup hadisə gecəsi şimalda səmada qəribə turuncu kürələr və işıltılar gördüklərini qeydə almışdılar. Sonradan bunların R-7 Semyorka raket testi olduğu təyin olunub.

-Hadisə gecəsindən öncəki gün Datlovun çəkdiyi son şəkildə qəribə kürələr düşmüşdü.

-Hadisə ərazisində qəribə bir metal – dəmir parçası tapılmışdı. Bu metal parçasının nə olduğunu heç kim tapa bilməmişdi.

-Qrupun son düşərgə yeri Baykonur Uzay stansiyası ilə Novaya Zemlya arasındakı ərazi olmuşdur.

-Hadisə yerində hər hansı yad adamın ayaq izləri tapılmamışdır. Ona görə alpinistlərin Mansi xalqından kiminsə və əskərlər tərəfindən öldürülməsi ehtimalını puça endirir.

-Meyitlərdə çox sayda qırıqlar, sınıqlar olsa da, tibbi araşdırmada hər hansı zərbə izinə rast gəlinməyib

-Rustəm Slobodin adlı qrup üzvünün müayinəsində dodaq və üzünün sol yarısında şişkinlik təsbit edilir. Daxili orqanlarında şiddətli zərbədən zədələnmələr var idi. Amma xaricdən bu zərbənin izi yox idi. Slobodinin cəsədinin forması onun sanki nə iləsə çarpışdığını göstərir. Amma bu nəsə xaricdən deyildi.

-Cəsədlərdə göz, dil, burun, dodaq kimi orqanlarda kəsiklər, itkilər var idi. Bu kəsiklər olduqca təmiz şəkildə aparılmışdı.

-Qrupda 3 nəfərdə fotokamera var idi. Lakin Dyatlovun kamerasından başqa qalan 2 kamerada nələr çəkildiyi açıqlanmır.

Bu hadisə ilə bağlı Rusiyada bu günə kimi müzakirələr, araşdırmalar gedir, sənədli və bədii filmlər çəkilib. Amma sovet dövrünün ciddi informasiya blokadası, hadisə yerində jurnalistlərin araşdırmasına icazə verilməməsi, gündəlik və qeydlərin yoxa çıxarılması bu hadisənin kökündə hansısa dövlət sirri ilə bağlı məsələnin olduğunu da qabardır.

Amma bu alpinistlərin yürüşü KPSS-in 21-ci qurultayına həsr olunmuşdu.

Tarix
2018.01.09 / 23:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla