Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Aprel 2018


Hitlerin “Ölüm mələyi”: o, müharibədən sonra hara qaçdı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müttəfiq qüvvələr İkinci Dünya müharibəsində Almaniyanı məğlub etdikdən sonra Avropa hitlerçilər və nasist cəlladları üçün təhlükəli idi. Ölüm təhlükəsiylə üz-üzə qalan nasistlər, partiya liderləri, komandirlər Cənubi Amerikaya, xüsusilə də Argentina, Çili və Braziliyaya qaçdılar.

Kult.az məğlubiyyətdən sonra Almaniyadan qaçan 7 nasist lider haqda yazını təqdim edir:

Adolf Eyxman

Qaçdıqdan sonra ən çox axtarılan, önəmli isimlərdən biri.

O, Hitlerin “Birdəfəlik həll” layihəsinə rəhbərlik edirdi. Bu layihəyəyə görə, Avropadakı bütün yəhudilər hamı bir ucdan öldürüləcəkdi. Eyni zamanda Adolf Eyxman milyonlarla insanın həyatına son qoyulmuş ölüm düşərgələrindəki “əzrail”lərdən biri idi.

Müharibə başa çatdıqdan sonra o, bir müddət Avstriyada gizlənir və italyan rahibin köməyi ilə saxta pasport düzəldib, Argentinaya viza alır. 1950-də həyat yoldaşı və 4 uşağıyla birgə Buenos-Ayresə gedən buxar gəmisində Argentinaya qaçır.

Lakin Adolf Eyxman MOSSAD agentlərinin 11 may 1960-cı ildə keçirdikləri əməliyyat zamanı həbs edilir və 1962-də İsraildə edam edilir.

Cozef Menqele

Ən mühüm hitlerçilərdən biri.

Menqele “Ölüm mələyi” ləqəbiylə məşhur idi. Onun adı daha çox Auşvitz həbs düşərgəsindəki məhbuslar üzərində apardığı qəddar sınaqlarda hallanır. Bu təcrübələrdən sonra məhbuslar ya ölürdülər, ya da şikəst olurdular.

Üç il Almaniyada gizləndikdən sonra bir katolik keşişin köməyi ilə İtalyaya, oradan da Buenos-Ayresə qaçır. Eyxmanın tutulması xəbərini eşidən kimi Paraqvayda, daha sonra Braziliyada gizlənir.

Lakin bu qaç-qov yaşlı “Ölüm mələyi”ini əldən salır. O, stressdən iflic olur və 1979-da Braziliyada ölür.

Volter Rauff

Polkovnik Volter Rauff qaz kameraları yaratmaq və təxminən 100 min insanın ölümündən məsuldur. O, “son dərəcə zalım” şöhrətinə malik idi. Müharibə başa çatdıqdan sonra tutulsa da, düşərgədən qaça bilmişdi. 1949-cu ildə İtaliyadan Ekvadora qaçır və Çilidə yaşamağa başlayır. Lakin təqaüdə görə Almaniyaya yazdığı məktub sayəsində onun yerini öyrənirlər.

1962-də Çilidə həbs olunur, məhkəmə tərəfindən azad edilir və Qərbi Almaniyanın Rauffu təslim etmək haqda təkliflərini Çili diktatoru Avqusto Pinoçet rədd edir.

Volter Rauff 1984-də Çilidə ölür.

Frans Ştanql

“Ağ ölüm” ləqəbli Ştanql həmişə ağ hərbi forma geyinir və əlində adətən qırmanc olurdu. O, fiziki və zehni problemli əsirləri öldürməklə vəzifələndirilmişdi.

“Ağ ölüm” Sobiborda, Treblinkada minlərlə əsirin ölümündə təqsirləndirilir. Müharibədən sonra amerikalılar tərəfindən tutulsa da, İtaliyaya qaçır və yepiskop Alois Hudalın köməyi ilə Suriyaya, oradan da Braziliyaya gedib, bir zavodda işləməyə başlayır. Lakin 1967-də tutulur və Qərbi Almaniyaya aparılır. Məhkəmə ona ömürlük həbs cəzası versə də, 1971-də ürək tutmasından həbsxanada vəfat edir.

Cozef Şvamberqer

Şvamberqer Polşadakı üç yəhudi əsir düşərgəsinə rəhbərlik edirdi. Buradakı əsirlər daha çox işçi qüvvəsi kimi istifadə edilirdi. O, xidməti boyunca bir çox yəhudi əsirini öldürməkdə, onlara müxtəlif fiziki-psixoloji cəzalar verməkdə təqsirli bilinir. 1943-də isə düşərgələrin birindəki 500 yəhudinin hamısını öldürmək əmri verir.

Şvamberqer 1948-ci ildə Cənubi Amerikaya qaçır və Argentina vətəndaşlığını qəbul edir.

1973-də Qərbi Almaniya Argentinadan Şvamberqeri tələb edir. O, 1987-də tutulur və Almaniyaya göndərilir. Məhkəmə onun haqda ömürlük həbs cəzası hökmü çıxarır. Cozef Şvamberqer 2004-cü ildə həbsxanada vəfat edir.

Erix Pribke

Pribke 1944-də Romadakı qırğında iştirak edib və şəxsən üç yüzdən çox insanı öldürüb. Həmçinin, iki min romalı yəhudinin Auşvitz düşərgəsinə göndərilməsində də xüsusi rolu var. 1946-da saxta pasportla Argentinaya qaçır və bir almandilli məktəbdə müəllim kimi işləməyə başlayır.

1994-də təsadüfən kimliyi üzə çıxır, hökumət tərəfindən İtaliyaya göndərilir. Ömürlük həbs cəzası alır və 2013-də 100 yaşındaykən həbsxanada ölür. Onun cənazəsində faşist və anti-faşist qruplar arasında qarşıdurma yaranır. Yalnız təhlükəsizlik xidmətinə bəlli olan gizli bir yerdə dəfn edilir.

Qerxard Bone

Bone əslində vəkil idi. Sonradan faşizmin dəstəkçilərindən birinə çevirildi və tarixin yaddaşına “evtanaziyaçı” kimi düşdü. Xəstə əsirləri və ruhi problemliləri xüsusi proqramla öldürürdü. Yüz mindən çox insanın ölümündə günahlandırılır.

1949-a Argentinaya qaçıb və prezident Peron ona yanında iş verib. Peron devrildikdən sonra Bone Almaniyaya qayıtmağa məcbur olub. Məhkəmə prosesi uzun çəkir. Onun onsuz da ömrünün son günlərini yaşadığını görən məhkəmə Qerxardı sərbəst buraxır və o, 1981-də vəfat edir.

Tarix
2018.01.11 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cənab başçının cənab müavini? – Rüsvayçı yaltaqlıq

Türk filminin sultanı ağır durumda

Türk gənc İrəvanda erməniləri heyrətə saldı – Video

Ən bahalı saatı kimlər taxır? – Məşhur saatsaz danışdı

ABŞ-da tapılan sirli “zaman səyyahı” – Şok foto

Lənkəranda partlayış: xəsarət alan var

Azərbaycanda zəlzələ baş verdi

Tiflisin məşhur restoranı yandı - Foto

Akademik aşağıladığı 200 alimi "susdurdu": Kəmsavadlar...

Bakıda şok hadisə: Canavar itləri parçaladı - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla