Yuxarı

Çingiz Sadıxov dəfn olundu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovla vida mərasimi başlayıb.

Kult.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri və tanınmış simalar iştirak edir.

***

Xalq artisti Çingiz Sadıqov Təzəpir məscidindəki vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn edilib.

Dəfn mərasimində dəfn komissiyasının üzvü Fatma Abdullazadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artisti Eldar Quliyev, Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlov və başqaları iştirak ediblər.

Qeyd edək ki, Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb. Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb. Prezident İlham Əliyevin göstərişi ilə cənazəsi Azərbaycana gətirilib.

Tarix
2018.01.16 / 14:20
Müəllif
Xəzər Süleymanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla