Yuxarı

SSRİ bu sahədə Azərbaycana savaş açmışdı - Analitik

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dil akademiyanın, yaxud hər hansı bir mərkəzin yerləşdiyi binanın divarları arasında yaranmır, cilalanmır, formalaşmır. Azərbaycan türkcəsinin ünvanı Azərbaycan xalqıdır! Təəssüf ki, hələ də qarşısına xalqları tədricən assimilyasiyaya uğratmaqla “sovet adamı” yaratmağı məqsəd qoyan şər imperiyasının cızdığı sərhədləri aşa bilmirik.

Kult.az xəbər verir ki, bu sözləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, analitik Elçin Mirzəbəyli son günlərdə Azərbaycan dilinin orfoqrafiya qaydalarındakı dəyişikliklərə münasibət bildirərkən deyib. O qeyd edib ki, SSRİ dönəmində Azərbaycan dili öz tarixi qaynaqlarından uzaqlaşdırılıb:

“İmperiyanın texnoloqları assimilyasiya siyasətlərini birbaşa həyata keçirmirdilər. Bunun üçün müvafiq institutlar var idi. Bu institutlar milli identikliyi qoruyan bütün əsas amilləri tədricən sıradan çıxarır, yararsız hala gətirirdilər. SSRİ dövründə Azərbaycan dilinə, onun tarixi qaynaqlarına, saflığına qarşı böyük bir savaş açılmışdı. Doğrudur, 70-ci illərdə bu prosesin qarşısının alınması üçün həmin dövrün reallıqları çərçivəsində müəyyən tədbirlər həyata keçirilirdi. Lakin vurulan ziyanın miqyası o qədər böyük idi ki, imperiya mərkəzini duyuq salmamaq yolu ilə həyata keçirilən tədbirlər prosesin qarşısını ala bilməzdi. İmperiya ideoloqları bizə sübut etməyə çalışırdılar ki, Azərbaycan dili insanların öz fikirlərini ətraflı şəkildə ifadə etmələri üçün yetərli deyil, söz ehtiyatı azdır və özünütəsdiqin yolu rus dilindən keçir. Bu məxməri assimilyasiya siyasəti idi”.

E. Mirzəbəylinin sözlərinə görə, dili yad təsirlərdən qorumaq üçün ilk növbədə bu dilə olan yanaşmanı dəyişmək lazımdır:

“Artıq dövlət müstəqilliyimizin 27-ci ilinə qədəm qoymuşuq. Dövlət, siyasi hakimiyyət Azərbaycan dilinin yad təsirlərdən qorunması və saflaşması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Müvafiq institutlar, mərkəzlər fəaliyyət göstərir, amma necə... Bu, təbii ki, daha geniş bir yazının, yaxud müzakirənin mövzusudur. Zənnimcə, Azərbaycan dili ilə bağlı islahatlara həmin institutların, mərkəzlərin yerləşdirdiyi binaların nəfəsliklərindən başlamaq və ilk növbədə, sözün bütün mənalarında havanı dəyişmək lazımdır”.

Qeyd edək ki, bundan əvvəl AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Tarix
2018.01.16 / 14:54
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla