Yuxarı

Kinonu sevməyən əfsanəvi aktyorumuz – Axar TV

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş rolların mətnini əzbərləmək zülmdür. Səbrim çatmır. Mənimki budur ki, girim tamaşaya, tamaşaçının əhvalını qaldırıb çıxım”.

Bu sözlərin müəllifi Azərbaycanın sevilən aktyoru, əməkdar artist Ələsgər Məmmədoğludur.

Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 2 ildən sonra isə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

O, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Topal Teymur” kimi teletamaşalarda,“Ömrün səhifələri”, “Bəyin oğurlanması”, “Tehran-43” kimi filmlərdə rol alıb. Aktyorun xüsusilə“Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.

Ələsgər müəllim teatrı o qədər çox sevirdi ki, təqaüdə çıxandan sonra müqavilə ilə işlədi. Oğlu Ceyhun atasının hər gün teatra baş çəkdiyini deyir:

“Atam işləməsəydi, bəlkə daha tez ölərdi. Onu həyata bağlayan iş idi. Deyirdi ki, mənə pul verməsinlər, amma işləyim. Tamaşa olmasa da, hər gün teatra gedirdi”.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Tarix
2018.01.18 / 15:27
Müəllif
Ülkər, Ömər
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla