Yuxarı

Rəmiş ARB efirinin qapısından niyə qayıtdı? – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəmişin heç kəslə problemi yoxdu. Bizim 1 saat vaxtımız vardı, getməliydik. Gördük verilişdə başqası ifa edir, gözləyə bilmədik deyə, qayıtdıq.

Bu sözləri Kult.az-a məşhur gitara ifaçısı Rəmişin həyat yoldaşı Gülü xanım dünən ARB TV-nin "Səhər-səhər” proqramına gəlmələri, ancaq maşından düşmədən, geri qayıtmaları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, onlar verilişə dəvət ediləndə həmin gün İrana gedəcəklərini prodüserə deyiblər:

“Verilişdən bir xanım zəng elədi ki, çox vaxtınızı almarıq. Gəlin, Rəmiş ifa etsin, gedərsiz. Biz də sözünü yerə salmadıq, gəldik. Ancaq əvvəldən demişdim ki, biz yola çıxırıq deyə, çox qala bilməyəcəyik verilişdə. Gələndən sonra bizi otuzdurub gözlətdilər. Dedim, bəs bizə 1 saatlıq gəlin demişdiz, biz getməliyik. Baxdıq ki, studiyada artıq başqa biri ifa edir. Hələ yeni başlamışdı ifaya. Bildim ki, çox çəkəcək, ona görə çıxıb getdik. Hələ qıza da dedim ki, bizi bağışlayın, sonra gələrik, indi tələsirik. Bir də gördüm bizim dalımızca kameralar göndərdilər, qız düşdü aşağı... Özlərini elə aparırdılar, elə bilin biz nə isə etmişik. Mən bizə zəng edən xanıma da demişdim ki, tələsirik. Özlərinə yaraşmayan hərəkətlər edirlər. Rəmiş nə vaxtdır xəstədir. Ayıb deyil onu belə əsəbiləşdirmək? Rəmiş sizin üçün uşaqdır bəyəm? Yaşlı adamdır, 70-dən çox yaşı var, bunun əsəbi ilə oynamaq olmaz.

Yazırlar Rəmiş belə dedi, Rəmiş bu cür danışdı. Bu yetim danışmır axı, hamısını mən deyirəm, mən danışıram”.

Gitara ifaçısının həyat yolaşı Rəmişlə Rəhman Məmmədlinin münasibətəri barədə də danışıb:

“Rəhman Məmmədliylə də aralarında heç bir problem yoxdu. Bir dəfə konsertə çağırdılar, Rəmiş getmədi deyə, hamı yazdı ki, Rəmiş getmək istəmir, filan. Yalandan niyə yazırlar? Hamı Rəmişi də tanıyır, Rəhmanı da. Rəmiş illərin gitara ifaçısıdı. Heç kəs Rəmiş kimi çala bilməz, Rəmiş də başqaları kimi.

Hamısı istedadlıdı, hərə özünə görə bir ifaçıdır. Rəmiş bu gün heç kəsə pisdir də demir, yaxşıdır da demir. Öz işi ilə məşğuldur. Rəmiş vaxtında sözünü deyib, özünü təsdiqlədib, nöqtəsini də qoyub”.

Qeyd edək ki, gitara ifaçısı Rəmiş ARB TV-nin "Səhər-səhər” proqramına dəvət alıb. Elgiz Əkbərin aparıcılıq etdiyi verilişin digər qonağı tanınmış gitara ifaçısı Rəhman Məmmədli olub. Lakin verilişin ikinci qonağı olan Rəmiş proqrama qatılmadan geri qayıdıb.

Tarix
2018.01.19 / 11:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla