Yuxarı

Prezidentin ayırdığı 3 milyonu bu TV-lər böləcək - Siyahı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Şöbə müdirinin sözlərinə görə, 3 milyon manat "Xəzər", “Lider”, Speys”, ATV və ARB telekanalları arasında bölünəcək:

"Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir

Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb".

N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspeys-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya 3 milyon manat ayrılıb.

Tarix
2018.01.19 / 13:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqdən İrəvanda ərazi açıqlaması

Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?

NATO baş katibi Cənubi Qafqazdan “əliboş” qayıdır

Stoltenberq Bakıdan nəyi xahiş etdi?

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla