Yuxarı

Bu ölkə ilə anlaşma memorandumu hazırlanır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 19-da bu ölkənin mədəniyyət naziri Luis Filip de Kastro Mendes ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Kult.az-a bildirilib ki, görüşdə ölkələr arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir Əbülfəs Qarayev Bakı Prosesinin 10 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında, eləcə də Humanitar Forum barədə məlumat verərək, portuqaliyalı naziri ölkəmizdə təşkil olunacaq tədbirlərə dəvət edib.

Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni əlaqələrin inkişafına dair Anlaşma memorandumunun tərtib olunması və bu il ərzində imzalanması ilə bağlı razılıq əldə olunub. Habelə Memorandum əsasında görüləcək işlərin fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlar aparılıb.

Sonda nazir Əbülfəs Qarayev Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendesə dəvətə görə təşəkkürünü bildirib və həmkarının Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görməsindən məmnun olacağını söyləyib.

Tarix
2018.01.19 / 23:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla