Yuxarı

Hüseynov erməniləri necə uddu? – Vikipediya qaydaları

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vikipediya Viki texnologiyası ilə işləyən azad, onlayn ensiklopediyadır. Layihənin əsasını Vikipediyanın baş redaktoru, təşkilatçısı Larri Senqer və Cimmi Uels qoyub. Əvvəl “Nupediya” adlanan onlayn ensiklopediya 2000-ci ilin mart ayından fəaliyyətə başlayıb.

Kult.az xəbər verir ki, ingilis dilində yaradılmış virtual ensiklopediyadakı məqalələr ilk vaxtlar alimlər, mütəxəssislər tərəfindən dəqiqləşdirilirdi. Lakin bu prinsip zaman etibarilə faydasız idi. Bir məqalənin layihəyə daxil edilməsi, dəqiqləşdirilməsi xeyli vaxt aparırdı. Bu ləng proses 2003-də Nupediyanın bağlanmasına səbəb oldu. Nupediya ensiklopediyası bağlanarkən 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.

Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası isə 2001-ci ilin 15 yanvar tarixində fəaliyyətə başladı.

Nupediyadan fərqli olaraq, Vikipediyada məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olur.

Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; bu söz havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.

Vikipediyanın yaradıcıları — Cimmi Ueyls və Larri Sengerin tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun internet ensiklopediyasını yaratmaq qərarı özünü doğrultdu və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil oldu.

Aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutub.

Qeyri-hökumət təşkilatı Vikimedia Fondu tərəfindən yaradılmış onlayn ensiklopediyanı Britannika kimi digər internet ensiklopediyalarından fərqləndirən əsas cəhət onun redaktəyə açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytral nəzər nöqtəsinin (NPOV — Neutral Point Of View) qorunmasıdır. Məsələn, “...ən gözəl şəhər Bakıdır” kimi şəxsi mülahizələr qeyd edilməməlidir.

Təbii ki, resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Dağlıq Qarabağ münaqişəsi mövzusuna dair Vikipediyanın azərbaycanlı və erməni istifadəçiləri arasında qızğın fikir mübadiləsi gedir, müzakirələr açılır. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız belə müzakirələr və Vikipediya arbitrlarının qərarı müəyyən edə bilər. Məsələn, soydaşımız Təbib Hüseynov Dağlıq Qarabağla əlaqəli belə bir “məhkəməni” udub. Lakin digər mövzularda azərbaycanlı və erməni vikipediyaçılar arasında müzakirələr ingilis, fransız, rus, türk dillərində olan Vikipediyalarda hələ də davam edir.

Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmi kimi CMS MediaWiki sistemi istifadə olunur. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur.

MediaWiki proqramı alman tələbəsi Manqus Manke tərəfindən xüsusi Vikipediya üçün yazılıb.

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək internet məkanında veb-səhifələr yaradılır.

Azərbaycanc(d)a Vikipediya

Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir və 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında fəaliyyətə başlayıb.

Hazırda Azərbaycan dilində olan Vikipediyada 130 min 900 məqalə var.

2014-cü il martın 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100 mini ötdüyünə görə bu layihə Vikipediyanın 10 000+ bölməsindən 100 000+ bölməsinə keçib.

Buna Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar.

Mən necə yardım edə bilərəm?

Ölkənin şəhər və rayonları, şair və yazıçıları, tarixi faktlar mətbəxi, geyimləri və s. haqda dürüst məlumatlarınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq, onları Azərbaycan Vikipediyasına əlavə edin! Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.

Tələbələr, jurnalistlər və digər araşdırmaçılar internetdə məlumat axtarışında məhz bu resursa üstünlük verirlər. Bunun üçün bizim Azərbaycan dilindəki Vikipediyanı qurmaqla yanaşı, ingilis, fransız, rus, alman, ispan və digər dillərdə olan Vikipediyalara da əlavələr etməyimiz Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ haqda həqiqətlərin dünyaya çatdırılması yolunda vacib addımlardandır.

Məlumatı necə vikiləşdirmək olar?

Hər zaman neytral nəzər nöqtəsindən çıxış edərək yazın və yazdığınız məqalələrin mənbəyini göstərin. Bu, idarəçilərin və oxucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını alacaq. Mənbələri xarici keçidlər vasitəsilə “Mənbə”, “Xarici keçidlər”, “İstinadlar” başlıqlı bölüm(lər)də sadalayın.

Günümüzdə aktual olmayan, lakin bir neçə il sonra ciddi problemlərə səbəb ola biləcək daha bir vacib məqam müəllif hüquqlarıdır. Əgər əlavə etdiyiniz məqalə, şəkil və ya media faylının bir neçə il sonra ensiklopediyadan xaric olunmağını istəmirsinizsə, ən azı müəllifinin adını qeyd edin.

Yeni məqalə yaratmaq üçün xüsusi kömək: “Yeni məqalə yarat” səhifəsində başlığı daxil edib, “Məqalə yarat” düyməsini seçin. Seçdiyiniz başlıqlı məqaləni redaktə etmək üçün digər səhifəyə keçəcəksiniz. Burada məqalənin mətnini daxil edib “Səhifəni qeyd et” düyməsini seçməklə onu Vikipediyaya daxil edin.

Vikipediyanın bütün imkanlarını öyrənmək istəyirsinizsə, “Ədəbiyyat” bölümündəki ingilis və rus dilində bənzər məqalələrə müraciət edə bilərsiniz.

Tarix
2018.01.23 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla