Yuxarı

Texniki problem: İstanbula uçan təyyarə Bakıya qayıtdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb.

APA-nın məlumatına görə, AZAL-a məxsus təyyarə "Atatürk" Hava Limanında eniş etmədən geriyə, Bakıya qayıdıb.

AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb.

“Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, - deyə P.Kəsəmənski vurğulayıb.

Tarix
2018.01.23 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla