Yuxarı

İlin ən yaxşıları mükafatlandırıldı: Tədbirdə dava - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azerbaijan Best Avards" (ABA) milli mükafatlandırma mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən tədbir saat 18:00-da başlayıb. İlk olaraq qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edib. Daha sonra müğənni, aktyor-aktrisa, teleaparıcı, modelyer, və idmançılar mükafatlandırılıb. Onlar arasında Firəngiz Mütəllimova, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Tünzalə Ağayeva, Nura Suri, Xatirə İslam, Sevda Yahyayeva və başqaları olub.

Gecə qalmaqalsız ötüşməyib. Tədbir başlayandan sonra təşkilatçılar fotoqraflara səhnəyə yaxınlaşmağa icazə verməyib. Bildirilib ki, fotoqrafların qonaqların qarşısına keçməsi onları narahat edir. Bu isə media işçilərinin etirazına səbəb olub və onlar mərasimi tərk etmək qərarına gəliblər. Tədbirin digər təşkilatçısı Aqil Məmiyev isə hadisədən xəbər tutduqdan sonra media nümayəndələrindən üzr istəyib və yanlışlığı dərhal aradan qaldırıb.

Qeyd edək ki, Gecənin aparıcısı Samir olub. Layihənin rəhbəri Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

Tarix
2018.01.24 / 02:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla