Yuxarı

Məşhur ispan model: Röyanın verdiyi pul...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Röyanın "Səndən başqa" klipi yerli mediada müzakirə olunmağa başlayıb. Klip qısa müddətdə musiqisevərlərin və Röyanın pərəstişkarlarının böyük marağına səbəb olub. Müğənninin özünəxas tərzdə ifa etdiyi mahnı ilə yanaşı, klipdə tərəf müqabili olan əcnəbi yaraşıqlı gənc də diqqətlərdən yayınmayıb.

Kult.az klipdə rol alan ispan model, aktyor Frederik Valentinin Publika.az-a müsahibəsini təqdim edir:

- Frederik, öncə sizi təbrik edirəm. Qısa müddətdə klip böyük səs-səda doğurdu.

- Təşəkkür edirəm. Düzü bunun baş verəcəyini gözləyirdim.

- Bundan öncə kliplərdə rol almışdınız?

- Bəli, “Səndən başqa” rol aldığım 5-ci klipdir.

- Dəvət kimdən gəldi?

- Öncə layihənin rəhbərilə tanış olduq. Təklif ondan gəldi. Sonra isə Bakıya gəlib, Röyanı tanıdım. Beləcə çəkilişlərə start verdik.

- Bəs mahnını öncədən dinləmişdiniz?

- Əlbəttə. Bakıya gəlməzdən əvvəl dinlədim, çox bəyəndim. Mahnı ilə aramızda qəribə bir istilik yarandı. Təsəvvür edin ki, sözləri anlamadan, dili bilmədən, səslə də, musiqi ilə də çox doğmalaşdım. Sanki bugünədək gizli qalan hisslərim oyandı. Buna görə klip də daha səmimi alındı. İşimdə peşəkar olduğumu düşünürəm. Hər zaman əməyimin son nəticəsinə yad bir insan kimi izləyib, dəyərləndirirəm. Odur ki, tam səmimi deyirəm, bu klip uğurlu oldu.

- İndi keçək işin maddi tərəfinə. Röyanın ödədiyi məbləğ size qane etdi?

- Bəli, təbii ki…

- Ölkənizdə əsasən model kimi fəaliyyət göstərirsiniz?

- İndi 36 yaşındayam. 19 yaşımdan modelliklə məşğulam. Bu peşəni çoxdan sevirəm. Tez-tez səyahət edirsən, müxtəlif insanlarla tanış olursan. Daim güclü templə yaşayırsan. Bundan gözəl nə var ki?

- Yəqin ki, heç nə. Bəs necə düşünürsünüz, istədiklərinizi fotolarınız vasitəsilə deyə bilirsiniz?

- Bilirsiniz, bu sahə də incəsənətin digər növləri kimi, psixoloji hazırlıq tələb edir. Aktyorun, film, ya da tamaşa boyu etdiyini sən bir söz belə demədən, fotolar vasitəsilə tamaşaçıya ötürməlisən. Əgər insanlar şəkillərə baxıb, bu emosiyaları qəbul edə bilirlərsə, demək işin öhdəsindən gəlmisən.

- Frederik, ideal bədən quruluşunuzu nəyə borclusunuz?

- İşimin mənə ən böyük faydası budur. Daim fiziki formamı qorumalıyam. Bu isə birbaşa sağlamlığıma da müsbət təsir edir. Daha gənc olanda çox yeyirdim. Amma yaş artıqca, hər artıq tikə ziyanına işləyir. Odur ki, istədiyim qədər yemək üçün idman salonlarında daha artıq vaxt keçirməli oluram. Gözəllik qurban tələb edir.

- Ən çox nə yeyirsiniz?

- Şokoladı hər şeydən çox sevirəm. Bu sevgimin qurbanı olduğum üçün hər gün 45 dəqiqə gimnastika ilə məşğul oluram. Amma hər şey bu qədər dəhşətli deyil. İdmanı sənətim üçün yox, zövq aldığım üçün də edirəm. Bu həm də mənim üçün terapiyadır.

- Canlandırdığınız qəhərmanla bütövləşmək uzun zaman alır?

- Mən latın amerikalıyam. Biz qaynar insanlarıq. Emosiyalarımız da boldur. İstənilən qəhrəmanın obrazını rahat hiss etməyimin səbəblərindən biri də budur.

- Amma yəqin ki, tərəfdaşınızdan da çox şey asılıdır.

- Əlbəttə, gözəl tərəf müqalibi enerji qaynağıdır. Məsələn, Röya kimi. Onun böyük ürəyi var. Çox yaxşı insandır.

- Frederik, artıq qızlarımız sizinlə maraqlanmağa başlayıblar. Onların xatirinə Azərbaycana bir daha gəlməyi düşünürsünüz?

- (Gülür) Bakıda möhtəşəm insanlar tanıdım. Onlar məni ailə üzvləri kimi qarşıladılar. Əlbəttə, qayıdacam, gözələyin…

- Subaysınız?

- Bəli, sevimli iti ilə yaşayan subay oğlanam.

- Hobbiləriniz varmı?

- Musiqi dinləmək, itimlə parkda gəzişmək, çimərlik və qorxulu filmlər izləmək.

- Əziz Frederik, sizə və itinizə gözəl günlər arzu edirəm. Daha böyük layihələriniz barədə söhbətləşmək ümidi ilə…

-Təşəkkür edirəm, mənim üçün böyük zövq oldu.

Tarix
2018.01.24 / 14:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla