Yuxarı

Dilimizi bu “paz”dan xilas edək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov “aşpaz” sözünün “aşçı” formasında yazılmasını təklif edib.

Kult.az xəbər verir ki, alim bunu sözün ikinci hissəsindəki “paz”ın dilimizdəki qarşılığının pis səslənməsi ilə əlaqələndirib. O bildirib ki, bu sözün tələffüzündə ikinci hissə “baz” kimi səslənsə də, bu formanın sərbəst şəkildə dilimizdə işlədilən qarşılığı da o qədər yaxşı anlaşılmır. Buna görə də Ş.Məmmədov “aşpaz” sözünün eynilə türk dilində olduğu kimi “aşçı” formasında yazılmasını daha məqsədəuyğun hesab edir:

“Dilimizi bu cür eybəcər söz və şəkilçilərdən arındırmağın vaxtı çoxdan çatıb. “Paz” sözünün məsdər forması fars dilində çox pis səslənir, bu söz “aş” sözünə yamaq edilib. Olmazmı gülüş doğuran söz və şəkilçilərdən imtina edək? Orfoqrafiya sözlüyündə “aşçı” sözü verilib, amma bu söz “aşpaz” sözünün qarşılığı deyil, “dəri, gön aşılayan usta, dabbağ” anlamındadır. Niyə Türkiyə türkcəsində olduğu kimi, “aşçı” sözü “aşpaz” sözünün qarşılığı kimi işlənməməlidir? Məgər “aşçı” dedikdə “dabbağ” başa düşülür? Deyə bilərsiniz ki, bu “aş” o “aş”dan deyil, aşılamaq feili ilə bağlıdır. Amma “-çı” feilə heç zaman qoşulmur. Bircə nümunə gətirə bilərsinizmi ki, -çı şəkilçisi feilə artırılsın? Dildəki yanlışlıqlar tədricən aradan qaldırılmalıdır. Təklif edirəm ki, “aşpaz” əvəzinə “aşçı” yazaq, bu “paz”dan xilas olaq”.

Qeyd edək ki, əslində “baz” və “paz” sözləri farcada müstəqil bir söz kimi işlənsə də, dilimizə şəkilçi kimi daxil olub. “Baz” - “aludə olan”, “meyilli”, “paz” (pəz) isə “bişirən” deməkdir.

Tarix
2018.02.09 / 13:13
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla