Yuxarı

“İrəvan xanlığı: Rusiya işğalı...” ərəbcə çıxdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub. İnstitutun direktoru, akademik Yaqub Mahmudovun sözlərinə görə, institutun bəzi nəşrləri yaxın müddətdə başqa dillərdə çap olunacaq:

“Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları ərəb dilində də çap olunub. Bu yaxınlarda “İrəvan xanlığı” kitabı türk və alman dillərində də çap olunacaq”.

İclasda qonaq qismində iştirak edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Misir Mədəniyyət Mərkəzinin Tarix İnstitutu ilə sıx əməkdaşlıq etdiyini deyib:

“Mərkəzin kitabxanasında xeyli sayda ərəb dilində kitablar, o cümlədən tarixi mənbələr var. 2017-ci ildə kitabxanamız adından on min elektron kitabı instituta təqdim etmişik”.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.

Tarix
2018.02.14 / 18:21
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla