Yuxarı

Bakıda Yaradıcılıq Forumu başlayır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-18-də Bakıda Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayacaq.

Kult.az xəbər verir ki, forumun təşkilatçısı PRoloq İctimai Əlaqələrin İnkişafı Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) onlayn jurnalıdır.

Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək. Forum Azərbaycan Respublikası Mətbuat Şurası və Beylnəlxalq Karyera İnstitutu tərəfindən də dəstəklənir.

Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının prezidendi (IPRA) Bart de Vries başda olmaqla Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən olan peşəkarlar təqdimatlar edəcəklər.

Forumun proqramında “Qarşılıqlı münasibətlər erasına xoş gəlmisiniz”, “ PR-da yaradıcılıq: strateji zərurət”, “Yaradıcılıqda mükəmməllik gerçəkliyi”, “Yaponiyanın PR təcrübəsi”, “PR-da uğur, rəqabət və tərəfdaşlıq kifayət qədər innovativdirmi?” və başqa mövzularda kreativ təqdimatlar var.

Bütün sahələrdə olduğu kimi, müasir dünyada çox önəm verilən təhsil sahəsində də ictimaiyyətlə əlaqələrin böyük rolu var. Odur ki, Forum çərçivəsində ayrıca Təhsil paneli də gerçəkləşdiriləcək. Məşhur təhsil və PR ekspertləri bir araya gələrək “Beynəlxalq təhsil brendinin formalaşmasında PR-ın gücü”, “Təhsildə Finlandiya modeli niyə maraqlıdır?”, “Dünyanı dəyişdirəcək uşaq sizin sinifinizdə ola bilər”, “Şagirdlərdə özünə inam yaratmaq və onların yaradıcılığına təkan verməyin yolları” “Öyrədən müəllimdən ilham verən müəllimə çevrilmək” və başqa mövzularda təqdimatlar edəcəklər.

Forumun təşkilat komitəsindən verilən məlumata görə, belə bir beynəlxalq miqyaslı tədbirin keçirilməsində məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlıqlara vəsilə olmaqdır.

Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar.

Forumun ölkəmizdə bu sahədə çalışan insanlara töfhəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.

Tarix
2018.02.15 / 12:17
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla