Yuxarı

4 yaşlı azərbaycanlı qız donub öldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:05

Cümə günü Moskva vilayətində yerləşən uşaq bağçalarından birində 4 yaşlı azərbaycanlı qızın ölümü ilə nəticələnən faciə baş verib.

Report xəbər verir ki, ilkin fərziyyəyə görə, hadisə bağçanın həyətində gəzinti zamanı qeydə alınıb.

Azərbaycanlı ailədə doğulan 4 yaşlı Zəhra Rzayeva tərbiyəçilərin onu həyətdə unutmaları səbəbindən qarlı havada soyuqdan donaraq ölüb.

Müəssisə əməkdaşları buittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.

***

Uşağın ölümü ilə bağlı iki fərziyyə var.

KİV-in məlumatına görə, tərbiyəçilər sadəcə uşağı küçədə unudublar və o, soyuqdan donaraq ölüb. Bağça əməkdaşları dindirilmə zamanı başqa bir fərziyyə səsləndiriblər. Təqribən günorta saatlarında tərbiyəçi uşaqlara gəzintinin başa çatdığını bildirib. Qrup bağçaya daxil olmağa başladıqda, qadın uşaqlardan birinin olmadığını görüb. Uşaqlar qadına bildiriblər ki, qız bir qədər əvvəl digərləri ilə oynadığı yerdə oyuncaqları evciyə yığmağa gedib.

Tərbiyəçi körpənin dalınca getdikdə, onu açıq verandada tapmayıb. Belə olan halda qadın evciyin arxasına keçib və orada qar topasının altında qızın meyitini tapıb. O, kürəyi üstə uzanmış vəziyyətdə olub və uşaqda həyat əlamətləri olmayıb.

Bağçanın həkimi uşağa ilkin yardım göstərmək istəyib. Lakin sonradan "təcili yardım" çağırılıb. Bu da bir nəticə verməyib. Uşaq artıq dünyasını dəyişmiş olub. Hazırda onun meyiti tibbi ekspertizaya göndərilib və ölümün dəqiq səbəbi meyit yarıldıqdan sonra bilinəcək.

Uşaq sağlam olub

Uşaq Moskvada azərbaycanlı ailəsində doğulub. Ailədə daha iki övlad – həmin bağçaya gedən 6 yaşlı oğlan və məktəbdə oxuyan 9 yaşlı qız var. Valideynlər rəsmi olaraq heç yerdə işləmirlər və ailə meyvə-tərəvəz satışından əldə olunan gəlir hesabına dolanır.

Ailə başçısı istintaqa məlumatında bildirib ki, mərhum övladı həkim müşahidəsində olmayıb və heç bir xəstəlikdən əziyyət çəkməyib. Lakin bir neçə gün əvvəl valideynlər uşağın bədənində qançır izləri aşkar ediblər, qızın özü isə bir neçə gün əvvəl uşaq bağçasına getmək istəmədiyini deyib. Bu səbəbdən də atası onu vaxtından əvvəl bağçadan götürməli olub.

Hadisə yerinə gələn digər uşaqların valideynləri bağçada həddindən artıq çox uşağın olmasından şikayətləniblər. Analardan biri bildirib ki, normativə görə 28 nəfərin əvəzinə qrupa 40-dək müxtəlif yaşlı uşaq qəbul edilib.

Bağçanın baş tərbiyəçisi Yelena Oqanesova hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Tarix
2018.02.16 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla