Yuxarı

Rusiya İstintaq Komitəsindən qərar: Azərbaycanlı qız...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Moskvada uşaq baxçasında donaraq ölən üç yaşlı azərbaycanlı qızın cinayət işininin istintaqını şəxsi nəzarətinə götürüb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya İstintiq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Yeni Moskvada yerləşən uşaq baxçasında 3 yaşlı Zəhra Rzayevanın ölməsi ilə bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin 109.2-ci (Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) və 293-cü maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparıldığı bildirilib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məlum cinayət işlərinin istintaqını şəxsi nəzarətinə götürdüyü də qeyd olunub. A. Bastrıkin ona istintaqın gedişatı barədə operativ rejimdə məruzə olunmağı tapşırıb. İstintaq Komitəsinin sədri Zəhra Rzayevanın uzun müddət küçədə böyüklərin nəzarəti olmadan qalması barədə məlumatın diqqətli şəkildə yoxlanılmasının, baş vermiş faciənin bütün səbəblərinin müəyyən olunmasını, günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb: "Faciə ilə nəticələnən, uşağın olümünə səbəb olan bu fakt laqeydlilik, qeyri-insanlıq və diqqətsizlikdir".

Qeyd edək ki, hadisə fevarlın 16-da Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Bağça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxarıblar. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından birinin, azərbaycanlı, 2014-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər. Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib.

Rzayevlər ailəsinin yaxınlarının verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandır.

Tarix
2018.02.18 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla