Yuxarı

Onlar tarix qarşısında cavab verəcək – Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzetinin nəşr etdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş 47 xocalılının acı xatirələrindən ibarət materialların toplusudur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə «Azərbaycan» qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.

Tədbiri giriş sözü ilə açan Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir:

“Bu hadisə ilə bağlı kifayət qədər sənədlər olsa da, təəssüf ki, bu faciəyə dünya ictimaiyyəti lazımı qiymət verməyib. Xocalı şahidləri 26 ildir ki, bu ağır yükü çiyinlərində daşıyırlar. Bu kitabda son iki il ərzində “Azərbaycan” qəzetində şahidlərin dərc olunmuş məqalələri bu kitabda toplanıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov bildirib ki, Böyük Ermənistan xülyası ilə ermənilər Azərbaycana qarşı 4 dəfə iddialar irəli sürüblər, təəssüf ki, bəzi hallarda bu istəklərinə müəyyən qədər nail olublar:

“Böyük İmperiyanın səyi və düşünülmüş siyasət nəticəsində ermənilər Azərbaycan torpaqlarına yerləşdirilib. Böyük Ermənistan ideyalarını həyata keçirmək üçün bir əsrdə dəfələrlə terrora əl atıblar. Ermənilərin ən dəhşətli soyqrımı da Xocalıda yaşandı. Ermənistan hər zaman Xocalıdakı qırğının təsadüf olduğunu deyir, lakin faktlar və hadisələr prosesin məqsədli olduğunu sübut edir. Onlar əsas məqsədi Xocalını yer üzündən silmək olub. Böyük yaradan həmin gecə orada yaşananların başqalarına çatdırılması üçün sanki oradan şahidlərin qalmasına imkan yaradıb. Bu faciə nəticəsində 20 min şəhid vermişik, 50 min nəfər zərər çəkib. İqtisadiyyatımıza 800 milyarddan çox ziyan dəyib. İllər keçir maddi ziyan öz yerini doldurur, lakin həmin məcburi köçkünlərə dəyən mənəvi ziyanı qarşılamaq üçün ikin əsr belə yetərli olmaz. Onların işğalçılıq siyasəti nəticəsində yüzlərlə soydaşımız sanitar qovşağı olmayan, yarımçıq tikililər, insanın yaşaması mümkün olmayan yerlərdə yaşayıblar. Biz unutqan millətik, hesab edirəm ki, milli kimliyimizdən gələn bu mənfi xüsusiyyət başımıza bəlaların gəlməsinin əsas səbəblərindəndir”.

G.Fərhadov Azərbaycan dövlətinin Xocalı şahidləri və şəhidlərinə hər zaman həssas yanaşdığını bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu gün insan cildində insanlıq əleyhinə qarşı törədilən bu faciə haqqında danışmaq çox çətindir.

“Həmin cinayətkarlar törətdikləri faciədən fəxrlə danışır, lakin zaman gələcək onlar məhkum kimi cavab verəcəklər. Bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Şahidlərlə müsahibələrdə iştirak edənlərin nə qədər çətinlik çəkdiyini anlayıram. Bu kitabı oxuyanlar hadisənin heç zaman unudulmamalı olduğunu bir daha dərk edəcək. Hesab edirəm ki, bu kitabların yazılması son dərəcə vacibdir. Bu fikirlər gələcəkdə ittiham aktının materialları ola bilər. Şəhidlərimiz haqq dünyasındadır, şahidlərin dilindən bu fikirləri bir kitabda toplamaqla onları tarixin faktına çeviririk. Çünki bu faktları heç kim dəyişə bilməz. Hesab edirəm ki, tarixi məhkəmənin qurulması üçün önəmli faktlar toplusudur. Xocalı faciəsi məqsədli şəkildə baş verdiyi üçün onu heç zaman unuda bilmərik. Bu istiqamətdə ölkə prezidenti, müxtəlif təşkilatlar, Azərbaycan parlamenti, ictimaiyyətimiz vacib işlər həyata keçirir. Bu gün bir sıra təşkilatlarda Xocalı faciəsi ilə bağlı sənədlər qəbul edilib. Bu sənədlər faciəni törədənlərin cəzalarını almaq üçün imkanlarımızı genişləndirir”.

Daha sonra çıxış edən millət vəkili Rəfael Hüseynov Xocalı ilə bağlı ilk sənəd 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəbul edildiyini deyib. Onun sözlərinə görə, bu sənədin qəbul edilməsində təşəbbüskar Azərbaycan Prezidenti İlham Əliyev olub:

“Bu sənədin qəbul edilməsi heç də asan olmadı. Bir vaxtlar ümumiyyətlə, bu faciənin törədildiyini dünya ictimaiyyəti qəbul etmək istəmirdi. Bu gün Xocalının soyqrım olduğunu ABŞ-ın bir sıra ştatları, dünya ölkələri qəbul edilirsə, artıq onun dünya ictimaiyyətində qəbul edildiyini göstərir. Lakin hələ ki, faciəni tərədənlər lazımı cəzalarını almayıb. İnanıram ki, tarix qarşısında həmin şəxslər cavab verəcəklər. Bu kitabı oxuyan hər kəsin qəlbinə toxunacaq məqamlar var. Çünki şəhidlər haqqında ən həssas ifadələr şahidlərin dilindən yazılır. Bu kitab məhz bu baxımdan da çox təsirlidir”.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov həm faciənin iştirakçısı, həm də məcburi köçkün kimi kitabın hazırlanmasının Xocalılar üçün çox dəyərli olduğunu deyib:

“Bu kitabda danışan şahidlərin bir çoxunu faicədən əvvəl də tanıyıram. Bu gün onların üzünə baxanda içində bir faciə yaşatdığını görmək olur. Qarşıdan Novruz bayramı gəlir, insanlar bu günlərdə doğmalarının qəbirlərini ziyarət etmək istəyir. Lakin Xocalılar 26 ildir bu arzudan məhrum olublar. Beynəlxalq Təşkilatlar bu faciəyə dəyər verərək xocalıların illərdir çəkdiyi mənəvi əzabları nəzərə almaların istərdik. Bu kitabı hazırlayan hər kəsə minnətdarlıq edirik”.

Xocalı sakini Mehriban Əliyeva Xocalı faciəsində yaşadığı sonuncu dəhşətli gecədən danışıb:

“Danışmaqla Xocalı faciəsində yaşanılanları bitirmək mümkün deyil. Törətdikləri faciə azmış kimi ermənilər Xocalıda yaşananları kitablarında yazırlar. Onlar bu faciə ilə fəxr edirlər. Xocalıların ən böyük dəstəkçisi ümummilli lider Heydər Əliyev oldu. İnanırıq ki, onun davamçısı İlham Əliyev də xocalıları öz doğma yurdlarına qaytaracaq”.

“Xocalı şahidləri danışır” kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı məqaləsi ilə başlayır.

Məqalədə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Haqlı olaraq qeyd edilir ki, Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi cinayətlər qədər dəhşətli soyqırımıdır. Məqalədə professor Əli Həsənov yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və «Xocalıya ədalət» kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

Tarix
2018.02.22 / 12:36
Müəllif
Gülxar
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla