Yuxarı

Dəhşətli tədqiqat: Ələsgərin sünnəti hardadır?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açığı, məni fikir götürüb: nə edəcəyik, necə yaşayacağıq Aşıq Ələsgərin yaşını bilmədən?! Neçə gündür özümə gələ bilmirəm, dərin sarsıntı içindəyəm.

Bu işi belə qoymaq olmaz. Məncə, dövlət büdcəsindən bu işə 2-3 milyard pul ayırmaq lazımdır, alimlərimiz təcili, təxirə salınmadan beynəlxalq təşkilatların dəstəyi ilə Ələsgərin dəfn olunduğu Ağkilsəyə getməlidirlər. Gedib Ağkilsədə Ələsgər rəhmətliyin qəbrini açmaq, onun sümüyündən analiz götürmək, dünyanın bütün elmi mərkəzlərinə göndərmək (hamısının da pulunu verməliyik) və beləliklə, Ələsgərin dəqiq yaşını öyrənmək nəinki lazım, Azərbaycan üçün həyati vacib bir məsələdir!

Alimlərimiz görkəmli aşığın yaşının üstündə bir-birilərini yüngülvari təhqir də ediblər. Yetməz. Necə olub axı, onlardan biri digərinin başına qaz açarı ilə zərbələr endirməyib? Necə olub ki, o alimlərdən biri baş dərisinin kəsilmiş, deşilmiş, cırılmış, yırtılmış, sırtılmış yaraları ilə xəstəxanaya çatdırılmayıb?!

Alimlərimiz elmə niyə bu qədər barmaqarası yanaşır? Niyə Rusiya Dövlət Arxivinə göndərilən təkrar müraciətdə bu alimlər bir-birini baqaja qoyandan sonra biri digərinə (Nazir Əhmədli öz həmkarlarına) yalnız “şarlatan” deməklə kifayətlənməlidir?

Bu, elə taleyüklü məsələdir ki, burda 7 mərtəbəli nəsil-nəcabət söyüşlərindən istifadə etmək, nəinki rus, ingilis, fransız, hətta erməni alimə yazılan məktubda öz aliminin son dərəcə savadsız, kütbeyin, qanmaz olduğunu sübut etmək çox önəmlidir! Bu yanaşmalar Azərbaycan elminə, aliminə dəhşətli dərəcədə şan-şöhrət gətirən məsələlərdir, unutmaq olmaz!

Dünya alimləri Marsda həyat axtarır, artıq ölümsüzlüyü kəşf etməyə yaxındırlar. Başa düşmürəm, Ələsgərin yaşını tapmamış bizim Marsda nə itimiz azıb?

Nazir Əhmədlinin kitabının erməni mənbələrinə istinadən hazırlandığı deyilir. Məlumata görə, kitabda tanınmış aşıqların doğum tarixləri saxtalaşdırılıb və bununla Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulub.

İndi o boyda Azərbaycan tarixi bir Aşıq Ələsgərin ümidinə qalıbsa, demək, bu alimlər bilir də nə edir.

Təklif edirəm ki, alimlərimiz nəinki Aşıq Ələsgərin yaşını, hətta onun sünnət olunduğu tarixi də müəyyən etsinlər. Əsas məsələlərdən biri də Ələsgərin "alətinin" nə zaman kəsilməsidir. Biz mütləq müəyyən etməliyik ki, onun "alətinin" kəsintisi Ağkilsənin hansı istiqamətinə və necə atılıb: elə-belə, yerdən fırladıblar, yoxsa qolaylayıb atıblar. Və o kəsinti saniyədə neçə metr sürətlə hərəkət edib.

Elm budur! Ələsgərin o məlum kəsintisi təxminən nüvə texnolojisi kimi bir şeydir. Onu tapsaq haa, erməni alimləri hamısı əlini yerə qoyub, Qarabağ iddiasından əl çəkəcək, erməni əsgərləri silahı atıb gedəcək...

Elmimizin qarşıdakı 100 il üçün strateji hədəfi mütləq bu olmalıdır: yaxın 100 ildə Ələsgərin yaşını, sonrakı yüz ildə onun sünnətini tapmalıyıq!

Haydı, möhtəşəm alimlərimiz, Ələsgərin sünnətinə doğru irəli!

Tarix
2018.02.22 / 15:02
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla