Yuxarı

AMEA tarixində ilk: alimlər üçün ev... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və başqa şəxslər iştirak ediblər.

A. Əlizadə bildirib ki, yaşayış kompleksi alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək. O, akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyib.

Mərasimdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur. 1,2,3 otaqlı mənzillərin müasir dizaynda tikilməsi planlaşdırılır.

Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlər də olacaq. Mənzillərin sayı 1928 ədəddir. Yaşayış kompleksinin 2 il müddətində təhvil verilməsi nəzərdə tutulub.

Tarix
2018.03.09 / 10:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla