Yuxarı

Kamal Abdulla Macarıstan səfiri ilə görüşdü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.

Kult.az xəbər verir ki, qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.

Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, bunun davamlı olması üçün birgə səylərin vacibliyindən danışıb.

“Səfir saatı” layihəsi haqqında məlumat verən Kamal Abdulla Viktor Sederkenyini layihə çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

ADU-da fəaliyyət göstərən mərkəzlər barədə məlumat verən rektor rəhbəri olduğu universitetdə Macarıstan mərkəzinin yaradılması təklifi ilə çıxış edib, eyni zamanda vurğulayıb ki, Macarıstan universitetlərindən birində də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranması məqsədəuyğun olardı.

Macarsıtan universitetləri ilə əlaqənin vacibliyindən danışan Kamal Abdulla Viktor Sederkenyinin bu istiqamətdə mühüm addımlar ata biləcəyinə inamını ifadə edib.

4-5 may 2018-ci il tarixdə Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfransı haqqında danışan və dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdə bölmə iclaslarının keçiriləcəyini bildirən Kamal Abdulla Macarıstan universitetlərindən birininin də bu prosesdə iştirak edə biləcəyini diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Viktor Sederkenyi səslənən təklifləri müsbət qarşıladığını bildirib, ADU-da Macarıstan Mərkəzinin, Macarıstanda isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması istiqamətində konkret addımlar atmağın vacibliyini vurğulayıb.

Tarix
2018.03.13 / 17:14
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla