Yuxarı

Zaurun efirdə soyunmaqlığı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sehrli xalat

Zaur Baxşəliyev efirə hamam xalatında çıxıb. Nisbətən intellektual kəsim bu hərəkəti qınayır, tamaşaçılar isə Zauru müdafiə edir.

Qəribədir, tamaşaçı üçün Zaurun etdiyi hərəkət müasirlik etalonudur. Halbuki o özü də verilişdə fotosunu çəkib İnstaqrama qoyan xanımına “ayıbdır, eləmə” deyir. Ayıbdırsa, efirə niyə elə çıxırsan?

Ümumiyyətlə, Zaurun öz verilişini maraqlı etmək üçün xalat geyinməsi mahiyyət olaraq hansısa gənc müğənninin məşhurlaşmaq üçün soyunmasına bərabərdir.

Aparıcının efirə bu şəkildə çıxmasında heç bir müsbət çalar yoxdur. Yəni zərrəcə maarifləndirici əhəmiyyət daşımır. Ancaq bunun əxlaqsızlıq nümunəsi olduğunu da demək olmaz.

Sehrsiz xalat

Bir neçə ay əvvəl yazıçı dostumuz Cavid Osmanov öz kitab təqdimatına hamam xalatında gəlmişdi. Nəinki kütlə, hətta intellektual kəsim də Cavidi qınadı, təhqir, təhdid etdi. Halbuki adamın hərəkətinin bir mənası var idi – kitaba, mütaliəyə diqqət çəkmək.

Şəxsən məni verilişə çağıranda dəfələrlə olub ki, TV əməkdaşı şortiklə gəlməməyimi xahiş edib. Guya milli əxlaq qaydalarına ziddir. Halbuki gedib verilişdə elə mədəni əxlaqsızlıq görmüşəm ki! Məsələn, aparıcı qonaqların sözünü kəsir, 25 yaşlı əntəl müğənni atası yaşda alimə qarşı hörmətsizlik edir, aktyor öz əlifbasında hansı hərflərin olduğunu bilmir və s.

Bir xalatın sirri

Zaurun xalatı ilə Cavidin xalatı arasında xeyli fərq var. Məqsədim hamam xalatı ilə ictimaiyyətin qarşısına çıxmağın doğru, yoxsa yanlış olmasını müəyyən etmək deyil. Məqsəd toplumun iki eyni olaya fərqli münasibətini, hadisələrə şəxsiyyət prizmasından yanaşmasını göstərməkdir.

Yəni iki nəfər efirə xalatda çıxıb. Tamaşaçı birini söyür, birini öyür. Bu, toplumun xaraktersizliyini göstərən kiçik nümunələrdən biridir. Toplum xaraktersiz olanda mənəvi ölçü vahidlərini itirir və belədə dəyərləndirmə funksiyası sıradan çıxır.

İndi siz deyin, şou yaratmaq üçün efirə hamam xalatında çıxmaq təhlükəlidir, yoxsa kitabı təbliğ etmək üçün təqdimata hamam xalatında gəlmək?

Tarix
2018.03.19 / 12:31
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla