Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Aprel 2018


Aprel şəhidləri Ağsuda anıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Aprel zəfərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bilik Fondunun mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, tədbirdən öncə iştirakçılar Ağsu rayon Bico kəndində Aprel şəhidi Toğrul Fərəczadənin məzarını ziyarət ediblər.

Şəhidin ailə üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Qarabağ və Böyük Vətən müharibəsu döyüşçülərinin, kənd sakinlərinin, yerli məktəblilər və müəllimlərin iştirakı ilə T.Fərəczadənin yaşadığı evin qarşısında toplantı keçirilib.

Toplantıda çıxış edən Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev Azərbaycan gəncliyinin ünvanına xoş sözlər deyərək, onların Vətəni hər şeydən uca tutduqlarını, ən şirin nemət olan canlarını yurda qurban verdiklərini və gələcəkdə də bu cür qəhrəmanlıqlar göstərməyə hazır olduqlarını söylədi.

Şəhid T.Fərəcovun Ağsu rayonu ilə yanşı, bütün ölkənin fəxri olduğunu diqqətə çatdıran Y.Qarayev vətənin qəhrəman oğulların şücaətləri ilə bütövləşəcəyini, torpaqların işğaldan azad ediləcəyini vurğulayıb.

Ulu öndərin heykəli qarşısına güllər düzüldükdən sonra tədbir Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ilə davam etdirilib.

Ağsu Rayon İcra Hakimiyyəti İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva “dəyimi masa”nı giriş sözü ilə açaraq, qonaqları təqdim edib, Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı müvafiq sərəcamlar çərçivəsində rayonda görülən işlərdən və yaxın gələcəkdə planlaşdırılan layihələrdən danışıb.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev "Aprel zəfəri düşmənə sarsıdıcı zərbə oldu" mövzusundakı çıxışında 2016-cı ilin qələbə sədalı günlərni xatırladıb.

Natiq aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasındakı hərbi münaqişənin atəşkəs haqqında saziş imzalandıqdan bəri yaşanan ən şiddətli döyüşlər kimi dəyərləndirərək, nəticədə Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yolların düşməndən azad olunduğunu diqqətə çatdırıb.

Aprel zəfərinin qəhrəmanlıq salnaməsi yazdığını deyən C.Musayev 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun orden və medallarla, yüksək ad və ali hərbi rütbə ilə mükafatlandırıldığını bildirib.

Bilik Fondu Lektorlar qrupunun üzvü, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov tədbrdə "Heydər Əliyev və Azərbaycanın Ordu quruculuğu" mövzusunda mühazirə ilə çıxış edib.

M.Süleymanov bildirib ki, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması ordudakı islahatların daha da sürətlənməsinə təkan verib. Bununla ordu sıralarına peşəkar hərbçilər cəlb edilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb, hərbi vətənpərvərlik işi gücləndirilib, ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilib. Nəticədə yenilməz gücə malik Azərbaycan Ordusu yaradılıb.

Natiq vurğulayıb ki, Heydər Əliyevin ordu quruculuğu Prezident İlham Əliyev sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə eyni cərgədə durur. İki il öncə düşmən üzərində nail olduğumuz Aprel zəfəri bunun bir daha sübutudur. Yaxın gələcəkdə bu zəfər bütün Dağlıq Qarabağ və işğalda olan ətraf rayonlarda qeyd olunacaq, Azərbaycan əsgəri dövlət bayrağımızı Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər ərazilərdə dalğalandıracaq.

“Dəyirmi masa”da Aprel zəfəri ilə bağlı fikirlərini bölüşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi mayor Nizami Heybətov, Ağsu rayonu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Qarabağ müharibəsi iştirakçıları Ağsu rayon təşkilatının sədr müavini Allahverdi Qəmbərov, Qəşəd kənd tam orta məktəbinin hərbi hazırlıq müəllimi Bəkir Alməmmədov, Böyük Vətən Müharibəsi Ağsaqqallar Şurasının sədri Camaləddin Zeynalov qeyd ediblər ki, döyüşlərdə şəhid olanlar xalqın baş tacıdır və hər kəs igid əsgərlərin ruhu qarşısında baş əyir, onların ailələrinin qayğısına qalır, şəhidlik zirvəsinə ucalanların xatirələrinin dövlət səviyyəsində əbədiləşdirilməsi istiqamətində böyük işlər görülür və görüləcək.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Ağsu məktəbliləri arasında keçirilən "Azərbaycan ordusu" şeir müsabiqəsinin qaliblərinə Bilik Fondunun diplom və hədiyyələri təqdim edilib.

Tarix
2018.04.09 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gürcüstan sərhədində polis əməkdaşının meyiti tapıldı

5-ə qədər saya bilmədiyi üçün atası işgəncə verdi - Şok olay

Polis bölməsinin ərazisində top mərmiləri tapıldı - Foto

46 qız niyə psixopat falçının qurbanı oldu? - Fizik açıqladı

İranda ikinci xarici dil bu olacaq - Təhsil naziri

Cənab başçının cənab müavini? – Rüsvayçı yaltaqlıq

Türk filminin sultanı ağır durumda

Türk gənc İrəvanda erməniləri heyrətə saldı – Video

Ən bahalı saatı kimlər taxır? – Məşhur saatsaz danışdı

ABŞ-da tapılan sirli “zaman səyyahı” – Şok foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla