Rusiyada yaşayan məşhur bakılı stilist Vadim Qalaqanov "Viktoria Sekret"in məşhur braziliyalı modeli İzabel Fontananın stili üzərində çalışıb.
Kult.az xəbər verir ki, stilist çəkilişdən olan qısa çarxı özünün İnstagram səhifəsində yerləşdirib.
Braziliyalı model layihədə iki oğlu ilə birlikdə çəkilib. Fotosessiya Rusiyanın tanınmış jurnalında yer alan "Mən səni sevirəm, Ana" layihəsi çərçivəsində həyata keçirilib. Şəkillərin hamısının mayda təqdim olunacağı bildirilib.
Qeyd edək ki, Qalaqanov uzun müddət “GQ Russia” jurnalının redaktoru olub və dünya şöhrətli ulduzlarla işləyib.
İzabel Fontana isə ilk dəfə 1999-cu ildə 16 yaşında ikən “Viktoria Sekret”in kataloqlarının səhifəsində yer almışdı.