Yuxarı

Yel kürəsinin şahzadəsi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq.

Avropa Azərbaycan Cəmiyyətindən Kult.az-a bildiriblər ki, bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır.

Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn həm qəribə, həm də oxucunu daim həyəcanda saxlayan hadisələrin çoxu Bakıda, Yanardağda, Atəşgahda, Qız Qalasında cərəyan edir.

ASAN Könüllülük Məktəbinin məzunu olan gənc müəllif Xülya Cəfərova gələcəkdə də uşaqlar üçün fantastik hekayələr yazmaq fikrindədir.

Azərbaycan uşaq ədəbiyyatının ilk milli superqəhrəmanlarının başına gələnlərdən bəhs edən bu kitab “TEAS Press” Nəşriyyatı Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr olunaraq tezliklə balaca oxuculara təqdim olunacaq.

Tarix
2018.04.18 / 13:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla