Ana səhifə Hadisə |
Aprelin 26-da Macarıstanın Sent İstvan Universitetində bu təhsil müəssisəsinin doktorantı Raqif Hüseynovun təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Regionaların Davamlı İnkişafı” mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxaq Elmi Konfransı keçiriləcək.
Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Sent İstvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan, Rumıniya, Misir və Şimali Kipr Türk Respublikalarının səfirliklərinin, Macarıstan Respublikasının rəsmi qurumlarının nümayəndələrinin və 32 ölkədən olan 100-ə yaxın gənc alimin iştirakı gözlənilir.
Qeyd edək ki, konfransın sonunda gənc alimlərə sertifikat və hədiyyələr təqdim olunacaq, onların elmi məqalələri Szent İstvan Universitetinin və Varşava Təbitət Elmləri Universitetinin elmi jurnallarında çap olunacaq.
Tarix
2018.04.19 / 10:08
|
Müəllif
Nərmin Əkbərli
|