Yuxarı

Polis bölməsinin ərazisində top mərmiləri tapıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, üç ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub. Mərmilər götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

***

Bakıda metronun deposundan əl qumbarası tapılıb.

ANAMA-dan məlumata görə, aprelin 20-də saat 12:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olmuşdur.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə ″ Bakı Metropolteni QSC-nin N.Nərimanov adına Elektrik deposunun ərazisinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü və 20 kv.m əraziyə yeraltı baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.

Tarix
2018.04.20 / 18:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla