Yuxarı

Sibir arxivindən sürpriz sənəd: Stalin kimin agenti olub?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ diktatoru İosif Stalin çarın gizli polisi üçün xəbərlər daşıyıb və onun gətirdiyi informasiyaların əksəriyyəti düz çıxıb.

Teleqraf.com xəbər verir ki, İosif Stalinin Çar Rusiyasının məxfi qurumlarına işləməsi haqda yeni iddialar ortaya çıxıb.

Moskva Universitetinin müəllimi, professor Yuri Heçinov Stalinlə bağlı bu iddianı doğrulayıb.

Bəlli olub ki, Stalinin 1906-1910-cu illərdə polisə işlədiyi haqda sənəd ABŞ-a köçən ruslar tərəfindən Nyu Yorkdakı Lev Tolstoy Dərnəyinə təqdim olunub.

Sənəd bir məktubdan ibarətdir. Məktubu çarın Xüsusi Polis Birliyinin komandanı Yeremin Sibirdəki məxfi xidmətin nümayəndəsi Aleksey Jelezniyakova yazıb.

Yeremin qeyd edir ki, Stalin 1906-cı ildə Tiflisdə həbs edildikdən sonra rəsmi quruma informasiya verməyə başlayıb. Stalin Sankt-Peterburqa köçməsindən sonra da bu “xidməti” davam etdirib, lakin polislə sistemli əlaqəyə girməyib. Bununla belə, onun verdiyi informasiyaların hamısı doğru çıxırmış.

Məktubunda Yeremin casus Stalinin qüsursuz fəaliyyət göstərdiyini deyərək öyünüb. Yereminə görə, Stalin 1910-cu ildə Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçildikdən sonra informasiya verməyi dayandırıb və casusluq fəaliyyətinə son qoyub.

Professor Heçinov 1913-cü ilin 23 iyul tarixinə aid, üzərində qeyd nömrəsi, möhürü olan sənədi Sibir arxivindən əldə etdiyini deyib. O, sənədin orijinalını isə Lev Tolstoyun qızı Aleksandra Tolstoya verib.

Tarix
2018.05.11 / 10:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla