Yuxarı

18-ci uşağa hamilədir, amma ərini görməyib

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai fikrin öyrənilməsində sosial sorğuların çox böyük əhəmiyyəti var. Bəs görəsən, bu sorğular cəmiyyətin düşüncəsinə müsbət təsir edə bilirmi?

Əslində, sorğuların hansı istiqamətdə aparılması bu yolda həlledici rol oynaya bilər. Təki doğru zamanda, doğru sualları ünvanlaya biləsən.

Bir dəfə belə bir sual rastıma çıxmışdı: “Kasıbların dünyaya uşaq gətirməyinə münasibətiniz necədir?”

Cavablar o qədər müxtəlif oldu ki, əslində, bu müxtəliflik mahiyyət olaraq bir nöqtəyə vururdu – ruzini verən Allahdır!

Hər on nəfərdən səkkizi bu düşüncədədir. Suala çox sərt reaksiya verənlər də oldu, təbii ki! Təxminən bu şəkildə: “Kasıb insan deyil ki?!”

Yerdə qalanlar isə deyirdi ki, bu, insanın özünü də, ailəsini də, doğulacaq uşaqları da uçuruma sürükləməsidir.

Əslində, çox tez-tez rast gəlirik bu cür xəbərlərə. İnsanlar yardım istəyir, kömək umur ac qalan balalarını doyurmağa, xəstə uşaqlarını müalicə etməyə. Sosial şəbəkələrdə paylaşılır, bank hesabları açılır, bir manat dəstəyin belə lazım olduğu vurğulanır.

Yaxşı, əla, insanların yardımlaşması gözəl şeydir, buna söz yox. Bəs axı böyük çoxluq ruzini Allah verəcək ümidiylə uşaq sevdasına düşmüşdü, hanı qardaş, hanı Allahın ruzisi?!

Beləliklə, məlum olur ki, insanların Allah təfəkkürü belə doğru formalaşmayıb. Elə bütün problemlər də burdan başlayır. Məsələn, bir uşaq böyütməyə, saxlamağa ancaq gücü çatan ailələr bu yanlış təfəkkürün sayəsində beş-altı uşaq “istehsal edirlər”. Həm də bunun başqa tərəfi var: kişi-qadın münasibətləri qarşılıqlı fikir alış-verişi, məsləhətləşmələr üzərində qurulmur. Adətən, bir tərəfin sözü keçir - kişinin.

Yazıq arvad nə etsin axı, dilini açıb nəsə deyə də bilməz, o, ümumiyyətlə, heç nə bilməməlidir, özü dünyaya uşaq gətirsə də, elə bilməlidir ki, başqa cür yaranıb, uşaq istehsalı prosesinin heç bir addımından xəbəri olmamalıdır, yoxsa əxlaqsız damğası yeyər, yoxsa “Müqəddəs ana” titulunu ala bilməz.

Elə ailələr var, arvad o qədər utancaqdır ki, bir dəfə də ərinin üzünü görməyib, amma on səkkizinci uşağa hamilədir.

Bunun təməlində elə “ruzini verən Allahdır”ın , başqa qanunlarının da doğru anlaşılmaması yatır. Allah ruzini verib, dünyada bütün insanlara, lap iki-üç qat artığına da çatacaq nemət var. Deməyib ki, gedin bir futbol komandası yaradacaq sayda uşaq doğun, sizə zənbillə ruzi göndərəcəm.

Bayaq Axar.az-da uşaqlarından imtina etməyi düşünən bir ananın müsahibəsini oxudum. Niyə axı bir qadın uşağından imtina etməyə məcbur qalmalıdır? Ay qardaş, imkanın yoxdur, evlənmə də, nə məcburdur başqaları kimi yaşayasan? Sənin öz arzuların, xəyalların yoxmu, niyə başqaları nə yoldan gedirsə, sən də o yola gözlərini zilləyirsən?

Bir dəfə bir ağsaqqal sual verdi ki, neçə uşağın var, dedim, dayı, nə uşaq, mən subayam. Necə təəccübləndisə, dərhal ikinci, o məşhur, o müqəddəs sualı ünvanladı: “Niyə evlənmirsən?”

Heç qoymadım kişi sözünü bitirə, dedim, ay dayı, sən niyə evlənmisən?
Karıxdı, bilmədi nə desin. Əlbəttə, bilməyəcək, ən uzağı qayıdıb deyəcək ki, dədə-babadan belə görmüşük də, hamı niyə evlənir, mən də ona görə. Amma kişi necə karıxmışdısa, heç bunu da deyə bilmədi, üzünü çevirib getdi.

Bir iş yoldaşım vardı, o qədər arıq idi ki, görsən, deyərsən, ancaq sümükdən ibarətdir. Daş daşıyırdıq, gördüm, ayaq üstə qırxı çıxıb, dedim, nə məcburdur bu xəstə halınla gəlib işləyirsən burda? Cavabı çox “möhtəşəm” oldu: “O boyda ailə saxlayıram e mən!”

Dedim onda öl, canın çıxsın!

Sözüm o deyil ki, ölsün, sözüm o ki, yaşasın. Yaşa da qardaşım, özün kimi yaşa, bax gör həyatın necədir. Bu həyatda yaşamağınçün ən ideal yol nədirsə, elə də yaşa, daha nə özünü dağa-daşa salıb, hamı kimi yaşamağa çalışırsan?

Amma o ölməyi seçdi: xəbər gəldi ki, növbəti dəfə ata olub...

Tarix
2018.05.14 / 15:02
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla