Yuxarı

İTV-dəki rəhbər dəyişikliyi nə vəd edir? – Keçmiş direktor

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakişi Qasımov kifayət qədər savadlı və intellektual kadrdır. Onun İctimai Televiziyanın rəhbərliyinə gəlməsi məni sevindirir. Çünki həmin vəzifə onun yeridir. Balakişi Qasımovun istedadına, təşkilatçılığına bələdəm. İnanıram ki, İTV bir vaxtlar sahib olduğu böyük prestiji Balakişi Qasımovun dövründə yenidən qazanacaq.

Bu sözləri Kult.az-a açıqlamasında İTV-nin ilk direktoru, tanınmış jurnalist İsmayıl Ömərov Cəmil Quliyevin istefasından sonra onun vəzifəsini icra edən B.Qasımovun kanalda hansı dəyişiklikləri edə biləcəyinə münasibətində deyib. İ.Ömərov qeyd edib ki, B.Qasımovun sədr seçiləcəyinə inanır:

“Artıq seçki elan edilib və B.Qasımov da namizədliyini irəli sürüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası onu bir dəfə seçibsə, yenə də ona üstünlük verəcəyinə inanıram və bunun da müsbət nəticəsini tamaşaçılar müşahidə edəcək. O, kollektivin gücündən, bacarığından istifadə edib tamaşaçıları sevindirəcək”.

Qeyd edək ki, mayın 11-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında telekanalın baş direktoru Cəmil Quliyevin istefa ərizəsi qəbul edilib və onun səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Sadəcə, prosedur qaydası pozulub. Belə ki, Yayım Şurası müsabiqə elan olunmadan və namizədlər verilmədən seçimini edib.

Bu gün Milli Televiziya və Radio Şurası Balakişi Qasımovun İTV-nin baş direktoru seçilmədiyi, bu vəzifəni müvəqqəti icra etdiyini açıqlayıb. Bu səbəbdən MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi üçün müsabiqə elan edildiyini açıqlayıb.

Tarix
2018.05.14 / 17:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla