Ordumuz döyüşə hazırolma vəziyyətinə gətirildi
13:20
Ana səhifə Hadisə |
Bu gün paytaxtda daha bir yol polisi və sürücü qarşıdurması olub.
Axar.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər, Yasamal rayon sakini Elşən Maqsudov bu gün səhər idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyunday Elantra” markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.
O, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci Polis Bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb.
Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən 15 sutka həbs edilib.
Tarix
2018.05.18 / 00:33
|
Müəllif
Axar.az
|