Yuxarı

Uşaq məktəb adı ilə evdən çıxıb və qayıtmayıb - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda 14 yaşlı məktəbli itkin düşüb.

Report-un xəbər verir ki, rayonun 2004-cü il təvəllüdlü Ağbaş kənd sakini Ələkbərov Röyal Rüfət oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınları Röyalın yoxluğundan axşam saatlarında xəbər tutduqlarını bildiriblər. Uşağın evə qayıtmadığını görən anası Vüsalə Ələkbərova onun oxuduğu məktəbin müəllimləri ilə əlaqə saxlayıb və məlum olub ki, o heç həmin gün dərsdə iştirak etməyib. Onlar Röyalın son vaxtlar kefsiz olduğu bildiriblər.

Həmçinin qeyd olunur ki, o, itkin düşməmişdən bir gün qabaq da dərsdən çıxıb, evə gəlməyib. Bunu görən babası onu axtarmağa başlayıb və Röyalı Siyəzən rayonundakı internet klublarından birində tapıb. Kişi uşağa acıqlanaraq onu vurub. Röyal evə gəldikdən sonra anası da onu möhkəm danlayıb. Səhəri gün Röyal özünə aid böyük çərçivədə olan şəklini də götürərək məktəb adıyla evdən çıxıb və geri qayıtmayıb.

İndi ailə üzvləri onun axtarışına çıxıblar.

Röyal Siyəzən şəhər ümumi orta internat məktəbinin 9-cu sinif şagirdidir və ailənin yeganə övladıdır. Hazırda Şabran rayon Polis şöbəsi tərəfindən itkin düşən şəxsin axtarışlarına başlanılıb.

Tarix
2018.05.25 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla