Yuxarı

Hacı ilə deputatın qırğını: Allah öz evini niyə dağıtdı?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah insana şah damarından daha yaxındır.

İnsanların böyük çoxluğu Allahın görünməz olduğuna inanır. Təbiidir əslində, baxış bucağını doğru seçməyən görə bilməz. Elə İmadəddin Nəsiminin dərisini soyan zehniyyət də Allaha kor baxış bucağından boylanan zehniyyət idi.

Nə deyirdi Nəsimi?

Anlatmağa çalışırdı ki, “sizə şah damarınızdan daha yaxınam” deyən Allah elə sizin özünüzdədir. Məsələn, nöqtə boyda toxumun içindən çıxan hündür ağaclar, o ağacların bütün yarpaqlarını eyni miqdarda suyla təmin edən köklər sizə Allahı göstərə bilmirsə, demək, gözlərinizin müalicəyə ehtiyacı var...

Millət vəkili Fazil Mustafayla ilahiyyatçı Hacı Şahin arasında ciddi polemikaya səbəb olan məsələ, əslində, elə görmək məsələsidir. Bir tərəf ancaq gözlərini zilləyib keçmişin dərinliklərinə baxır, Allahı orda axtarır. Digər tərəfsə başa salmağa çalışır ki, axtardığınız Allah bu günümüzdədir, sizin ruhunuzdadır. Özünüzü də, gözlərinizi də məhv etməyin.

21-ci əsr insanının keçmişlə yaşama sevdası çağdaş dünyanın ən böyük xəstəliyidir. Bu xəstəlik dünyanın dörd bir yanında hər gün müharibəyə, cinayətə çevrilib, günahsız insanların yaxasından yapışır.

Və heç şübhəniz olmasın ki, bu gün dünyada baş verən faciələr, sizin mərsiyələr oxuyub kütləvi şəkildə ağladığınız keçmiş faciələrdən daha betərdir.

Allah hər yerdədir, təkcə kilsələrdə, sinaqoqlarda, məscidlərdə yox.
Bu yaxınlarda ildırım bir məscidin minarəsini vurub dağıtdı.
İnsanlar sual etdilər ki, Allah öz evini niyə dağıdıb? Maraqlı cavablardan biri də bu oldu: “Guya siz əsəbiləşəndə evin divarlarını yumruqlamırsınız?”

Nə qədər gülməli cavab olsa da, ilk növbədə çox düşündürücüdür.
Bəli, cənablar, Allah əsəbiləşib, öz “ev”ini dağıtdı!

Heç düşündünüzmü niyə əsəbiləşdi?

Vallah, sizə əsəbiləşib, görmək üçün o boyda göz verib, baxa bilmirsiniz, yaratmaq üçün əl verib, yarada bilmirsiniz.

Gözləriniz ağlamağa açılır, əlləriniz mikrofon tutmağa qalxır və diliniz mərsiyə oxumağa yarayır.

Amma sizin əvəzinizə inamsızların gözləri havada uçan quşda Allahı görür. Əlləri o quşu tutub, təyyarə düzəldir. Siz isə o təyyarəyə minib, keçmişə uçursunuz.

Tarix
2018.06.07 / 15:48
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla