Yuxarı

Elşad Miri müzakirəyə qoşuldu: Quranda belə şey yoxdur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurani-Kərimdə özünü döyərək, vuraraq ağlamağa icazə yoxdur. Ümumiyyətlə, Quranda bu barədə heç bir məlumat və ya tövsiyyə qeyd olunmayıb.

Bu sözləri Kult.az-a ilahiyyatçı Elşad Miri sosial şəbəkələrdə şiələrin əzadarlığını, ağlamasını əks etdirən və müzakirələrə səbəb olan video ilə bağlı danışarkən deyib.

E.Miri bildirib ki, hətta peyğəmbər dövründə də bu cür hallara icazə verilməyib:

“Peyğəmbərin oğlu vəfat etdiyi vaxt adi şəkildə ağladığı zaman səhabələri “sən də ağlayırsan?” soruşurlar. O cavab verir ki, bu insanın daxilindən gələn ağlamadır. Deyir: “Mən sizə, sadəcə, özünüzü vurmağı, döyməyi, parçalamağı qadağan etmişəm”.

Qurani-Kərimdə mövcud olan ayələrdən birində buyrulub ki, özünüzü təhlükəyə atmayın, əzab verməyin”.

E.Miri bildirib ki, mərsiyə anlayışının özü də islamda olmayan, sonradan uydurulmuş məsələlərdir:

“Məsələn, bu gün kiminsə yasında oturub ağlamaq, mərsiyə demək doğru deyil. Araşdırın, görək peyğəmbər özü belə şeylər edibmi? Təəssüf ki, bunlar sonradan uydurulub və bu gün din adı altında insanlara təbliğ olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış şiələrin əzadarlığını, ağlamasını əks etdirən videonu millət vəkili Fazil Mustafa tənqid etdikdən sonra ilahiyyatçı Rəsul Mirhəşimli deputatın tənqidlərini yersiz hesab edərək, etirazını bildirmişdi.

Bu, ilhaiyyatçı ilə deputat arasında mübahisəyə səbəb olub.

Tarix
2018.06.07 / 17:01
Müəllif
Nigar, Büllurə
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla